Siyasət

İdarə rəisi: “Azərbaycan gəncləri Minsk qrupundan kəskin mövqe tələb edir”

5 İyul 2017 13:05

“Dünən biz bir daha erməni vəhşiliyinin şahidi olduq. Azərbaycanın mülki vətəndaşlarının gülləbaran edilməsi, kəndin dağıdılması və ən əsası da hadisə nəticəsində 2 yaşlı körpənin həlak olması qətiyyən pislənilir. Bu, Ermənistan hakimiyyətinin, işğalçı rejimin növbəti vəhşi əməlidir. Biz çoxsaylı Azərbaycan gənci adından ATƏT-in Minsk qrupundan bununla bağlı kəskin mövqe ortaya qoyması, boş bəyanatlar deyil, əməli işlər görməsini tələb edirik”. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Ekspert: "Kəskin reaksiya gözləməyə dəyməz"

5 İyul 2017 12:59

"Ermənistanın son təxribatı ilə əlaqədar beynəlxalq ictimaiyyətin kəskin reaksiyasını gözləməyə dəyməz". Bunu  Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, politoloq Aleksandr Karavayev deyib. Onun sözlərinə görə, bu, ilk belə hal deyil: "Bu cür hallar daim baş verir. Onların intensivliyi bəzən azalır, bəzən artır. Amma istənilən dinc sakinlər bu hadisələrin qurbanı olur".

Səməd Seyidov: “Ermənilərin törətdikləri vəhşiliklə bağlı məsələ AŞPA-da qaldırılacaq”

5 İyul 2017 12:40

İyulun 4-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzulirayonunun Alxanlı kəndində dinc sakinləri artilleriya atəşinə tutması faktı ilə bağlı bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına müraciət olunacaq. Bu barədə Milli Məclisin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

ABŞ bu qadağanı ləğv etdi

5 İyul 2017 12:25

Sülh Platforması bəyanat yaydı: "Müharibə ehtimalı artır"

5 İyul 2017 12:04

Ermənistan-Azərbaycan Sülh Platforması qoşunların təmas xəttində gedən döyüşlərlə bağlı bəyanat yayıb. Sülh Platformasının mətbuat xidmətindən  verilən məlumata görə, bəyanatda bildirilir ki, Sülh Platforması 4 iyun 2017-ci il tarixində cəbhə xəttinin Füzuli istiqamətindəki ayırmalar nəticəsində Quliyeva Sahibənin və onun nəvəsi 2 yaşlı körpə olan Quliyeva Zəhranın həlak olması, o cümlədən Quliyeva Sərvinazın ağır yaralanmasından təəssüf hissi keçirir: "Bu hadisələrin baş verməsi iki qonşu xalq arasında nifrətin dərinləşməsinə və düşmənçilik hisslərinin güclənməsinə səbəb olur.

Azərbaycan XİN-i Ermənistanın növbəti vəhşiliyini şərh etdi

5 İyul 2017 11:57

İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralanan mülki şəxsin tezliklə şəfa tapmasını diləyirik.

AVCİYA Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı törətdiyi növbəti ağır cinayəti lənətləyir

5 İyul 2017 11:54

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi ağır cinayətlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti cinayətə imza atdı.

İşğalçı Ermənistanın təxribatına dərhal cavab verilib

5 İyul 2017 11:48

Bəlli olduğu kimi İşğalçı Ermənistan silahlı qüvvələri Fizuli rayonunun Alxanlı kəndini iri çaplı pulyemyotlardan, qumbaraatanlardan və minaatanlardan atəşə tutaraq, biri azyaşlı olmaqla iki nəfərin ölümünə səbəb olub. Bir nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb. SİA-nın məlumatına görə, baş verən hadisə ilə bağlı açıqlaqma verən Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant və hərbi ekspert Abuzər Əbilov bildirib ki, bir hərbçi kimi o, erməni tərəfinin bu cür təxribat edəcəyindən şübhə etməyib. “Bir müddət davam edən sakitlik uzun şəkildə davam etməyəcəkdi. Mən buna əmin idim”-deyə ehtiyatda olan zabit bildirib.

Beynəlxalq ekspert: “İşğalçı ordunun əməllərinə görə rəsmi İrəvan məsuliyyət daşıyır” 

5 İyul 2017 11:46

"Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaranlanması işağlçı ölkənin necə bir azğın dövlət olmasının göstəricisidir". Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Ermənilərə ciddi təpki göstərilməlidir

5 İyul 2017 11:44

Ermənistanda hökm sürən hərbi-siyasi xunta hakimiyyətinin ömrünü uzatmaq məqsədilə bütün vasitələrdən istifadə edir. Uzun müddətdən bəri cəbhə xəttində törətdiyi qanlı hadisələrlə Azərbaycanı təxribata çəkə bilmədiyini görən Ermənistan daha iyrənc üsullara əl atmağa başlayıb. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən həyata keçirilən təxribatlar nəticəsində Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və iriçaplı silahlardan atəşə tutulub. Nəticədə  kəndin 2 dinc sakini həyatını itirib, yaralılar var. Dünyasını dəyişən şəxslərdən biri azyaşlıdır.

Minsk qrupunın həmsədrləri bəyanat yaydı

5 İyul 2017 11:35

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejimini pozmağı dayandırmağa çağırır”. Bu barədə ATƏT-in Minsk qrupunun bəyanatında deyilir. Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Deputatlarımız ATƏT PA-da 2 yaşlı uşağın qətli məsələsini qaldıracaqlar

5 İyul 2017 11:30

Belarusun  paytaxtı Minskdə keçiriləcək ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ problemini və düşmənin dünən Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş təxribatı haqda məsələ qaldıracaq. Bunu ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Nəbizadə deyib. Deputat bildirib ki, bu gündən sessiyanın plenar iclası keçiriləcək:“Azərbaycan nümayəndə heyəti hər zaman olduğu kimi, bu dəfə də Dağlıq Qarabağ məsələsini yenə gündəmə gətirəcək.

Erməni təxribatı ilə bağlı cinayət işi başlandı

5 İyul 2017 11:29

Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi açılıb. Bu barədə “Olaylar”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.