Siyasət

“Biz qisasımızı almalıyıq”

5 İyul 2017 11:23

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Atəş nəticəsində1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar.

İcra başçısından Füzulidəki son vəziyyət barədə AÇIQLAMA - "Heç bir qorxu yoxdur"

5 İyul 2017 11:20

"Hazırda rayonda vəziyyət stabildir. İstər Alxanlıda, istərsə də digər ətraf kəndlərdə vəziyyət normaldır". Bunu Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ötən gün Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunda müki əhalini və mülki obyektləri atəşə tutması və günahsız insanları qətlə yetirməsindən sonra rayonda və ermənilərlə təmas xəttindəki kəndlərdəki vəziyyət barədə məlumat verərkən deyib.

"Azərbaycan cəbhə xəttində döyüş hazırlığını yüksəldəcək"

5 İyul 2017 11:16

"Ermənistan dinc əhalini qətlə yetirməklə göstərdi ki, Qarabağ probleminin həllində maraqlı deyil. İşğalçı ölkə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Dünyanın qəbul etdiyi qaydalar var, dinc əhaliyə qarşı müharibə aparmaq cinayət sayılır".

Avropa Komissiyasının rəhbəri Avropa Parlamentinin prezidentini “boşboğaz” adlandırıb

4 İyul 2017 17:21

Avropa Parlamentinin plenar iclasında Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə Avropa Parlamentinin prezidenti  Antonio Tacani arasında mübahisə yaşanıb. 

Ermənistan rəhbərliyinin apardığı siyasət hərbi əməliyyatların başlanmasını yaxınlaşdırır

4 İyul 2017 13:38

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinin nəticəsi olaraq deyəsən istəklərinə nail oldular. Belə ki, vasitəçilərin Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli təşəbbüsləri, regionda müharibə riskinin aradan qaldırılması “çabaları” öz nəticəsini verməkdədir. Hər halda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu günlərdə Avstriyada bir araya gələcəyi barədə yayılan açıqlama belə deməyə əsas verir. Məlumata görə, iki ölkənin xarici siyasət idarəsi rəhbərləri iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində bir araya gələcək.

Azərbaycanın hesabatı BMT-yə təqdim olunub

4 İyul 2017 13:21

Məlum olduğu kimi, Azərbaycan BMT üzvü olan dövlətlərin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bu sahədə işlərin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyətinin təmin edilməsi məqsədilə Şuranın Katibliyinin yaradılması və funksiyalarının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib.

İnsanların məhkəmələrə inamı artıb

4 İyul 2017 12:56

Ölkədə bütün sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar uğurla həyata keçirilir. İnsan hüquqlarının etibarlı müdafiəsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması ilə məqsədyönlü işlər davam olunur. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericilik daim təkmilləşdirilir.

Politoloq: “Azərbaycana turist axınının bir çox səbəbi var”

4 İyul 2017 12:44

“Azərbaycana turist axınının bir çox səbəbi var. Əvvəla turizm sahəsində aparılan düzgün siyasətdir ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və sərəncamları aidiyyatı qurumlar tərəfindən düzgün formada icra olunur.

Mərkəz sədri: “Rusiyadakı ermənilər Qarabağ məsələsində ciddi uğur qazana bilməyəcəklər” 

4 İyul 2017 12:36

“Dağlıq Qarabağ tənzimlənməsində RF-in birtətərəfli mövqeyinin bünövrəsi Sergey Lavrov, D.Peskov və s. yüksəkçinli rəsmilərin Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın 60 illik yubileyində iştirakdan başladı. Həmin tədbirdə A.Abramyan Dağlıq Qarabağın de-fakto rəhbəri B.Saakyanı da çağırmışdı”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Ekspert: “Müdafiə sistemi daha i nnovativ qurulmalıdır”

4 İyul 2017 12:32

“Son 10 ildə İnformasiya Kommunikasiya Texnologiyaları inanılmaz dərəcədə inkişaf edib. Dünyanın demək olar ki, bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri tamamilə elektronlaşmaq siyasəti yürüdürlər. Artıq iqtisadi, sosial sahələr tamamilə rəqəmsal platformaya keçid ediblər”. Bunu  internet-media eksperti Səbuhi Abbasov deyib.

Deputat: “İstərdik ki, həmsədrlərin səfərlərinin bir nəticəsi olsun” 

4 İyul 2017 12:30

“ATƏT-in həmsədrlərinin regiona səfərini ən azından münaqişənin sülh yolu ilə həll olunması istiqamətində atılan növbəti addım hesab etmək olar. Yəni, ortaq ümumi bir razılaşma əldə olunmalıdır ki, münaqişə sülh yolu ilə öz həllini tapsın”. Bunu  millət vəkili Azər Badamov deyib.

ATƏT PA-nın nümayəndəsi Azərbaycan və Ermənistanın diplomatları ilə görüşüb

4 İyul 2017 11:18

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, Kristian Viqenin (Bolqarıstan) iyunun 3-ü Venada Cənubi Qafqazda olan vəziyyətə, həmçinin, Dağlıq Qarabağa ərtafında danışıqlara həsr olunmuç bir sıra görüşlər keçirib.

Rusiyanın tanınmış jurnalisti Aleksandr Proxanov Bakı səfəri ilə bağlı məqalə yazıb

4 İyul 2017 11:14

Rusiyanın tanınmış ictimai xadimi, yazıçı-jurnalist Aleksandr Proxanov Bakıya səfəri ilə bağlı baş redaktoru olduğu "Zavtra" qəzetində məqalə yazıb. “Bakı-həyat ağacı. Yeni Azərbaycan sivilizasiyası bütün xalqların, mədəniyyətlərin, dillərin və ənənələrin simfoniyası üzərində qurulur” başlıqlı məqaləni təqdim edirik.