Siyasət

Şamaxıda yol tikintisinə 3,9 milyon manat ayrıldı

3 İyul 2017 18:17

Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

İlham Əliyev: “Qarabağ münaqişəsinin həllində ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik”

3 İyul 2017 18:14

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. Dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər diplomatik əlaqələrimizin qurulmasından sonra ötən 25 il ərzində dostluq və əməkdaşlıq zəminində dinamik və hərtərəfli inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Deputatlarımız ATƏT PA-nın illik sessiyasına qatılacaqlar

3 İyul 2017 16:23

Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında iştirak etmək üçün iyulun 4-dən 10-dək Belarusun paytaxtı Minskdə səfərdə olacaqlar.  Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, “ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr olunan sessiyada Daimi komitənin iclası keçiriləcək, sonra isə Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə sessiyanın təntənəli açılış mərasimi olacaq.

Səudiyyə Kralı G20 sammitinə qatılmayacaq - Qətərə görə

3 İyul 2017 16:10

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz "Böyük iyirmiliy"in (G20) sammitində iştirak etməyəcək. Belə qərarın qəbul edilməsinə səbəb bölgədəki Qətər böhranıdır.

Polad Bülbüloğlu: "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda proses deyil, nəticə vacibdir"

3 İyul 2017 15:15

"1997-ci ildən fəaliyyət göstərən Minsk qrupu hələ də lazım olan nəticəni əldə edə bilməyib". Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində deyib.

Ənənəvi muxalifət xalqın etimadını itirib

3 İyul 2017 14:42

Artıq uzun illərdir ki, Azərbaycanda müxalif düşərgə demək olar ki, yox vəziyyətindədir. Daha dəqiq desək müxalifət sözdə olsa da, lakin o əməldə, fəaliyyətdə mövcud deyil. Müxalifət partiyalarının fəaliyyəti yalnız kütləvi informasiya vasitələri, qəzet səhifələrində, internet portalları və sosial şəbəkələrdə özünü büruzə verir.

Rus dilinin Azərbaycandakı statusuna aydınlıq gətirilməlidir

3 İyul 2017 14:32

Son günlər yenidən əcnəbi, xüsusən rus dilinin vacibliyi haqda ictimai müzakirələr baş qaldırıb. Əksər məsələlərdə olduğu kimi, sözügedən məsələdə də cəmiyyətdə birmənalı mövqe yoxdur. Rus dilinin xarici dil kimi daha dərindən öyrənilməsini təqdir edənlər də var, ona qarşı çıxanlar da. Məsələ o qədər aktuallaşıb ki, müxalifət partiyalarının rəhbərləri də günümüzdə müzakirə mövzusu olan bu məsələ barədə öz fikirlərini bildirirlər.

Ermənistanın ictimai-siyasi və hərbi-siyasi rəhbərliyinin yalanları tükənib

3 İyul 2017 13:21

Digər tərəfdən, bir sıra ciddi və nüfuzlu beynəlxalq təşkilatların Qarabağda yenidən müharibənin başlaması və Azərbaycanın işğal altındakı torpaqlarını azad edəcəyinə dair verdikləri real analizlərə gəldikdə isə, Akopyan iddia edib ki, şəxsən həmin analizlərlə tanış deyil və s. Göründüyü kimi, ermənilərn ictimai-siyasi və hərbi-siyasi dairələrinin ortada məğlubiyyət faktları ola-ola, o cümlədən, həmin faktların reallaşması ehtimallarının yenidən gündəmə gəlməsinə rəğmən nala-mıxa döyəcləmələri əslində heç nəyi dəyişmir.

Azər Həsrət: “Müdafiə tədbirlərini daim təkmilləşdirməliyik”

3 İyul 2017 12:28

“Əgər hazırda ABŞ kimi supergüc bu hücumların qarşısında acizdirsə, Azərbaycanın, yaxud başqa bir dövlətin sığortalanmasından söhbət gedə bilməz”. Bunu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət deyib.

Qoşunların təmas xəttində monitorinq keçiriləcək

3 İyul 2017 12:09

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 4-də Füzuli rayonu Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər.

Ermənilər mövqelərimizə 24 mərmi atıb

3 İyul 2017 12:08

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (24 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Əli Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü

3 İyul 2017 12:06

Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin IV qurultayında seçilmiş Məclisinin yeni tərkibdə ilk iclası keçirilib. Partiyadan “OLAYLAR”-a bildirilib ki. iclasda ölkədəki ümumi vəziyyət, təşkilati məsələ, IV Qurultayda qəbul edilmiş qərarların icrasına yönəlik fəaliyyət, VİP-in 2018-ci ildə keçiriləcək Prezident seçkilərində iştirakı və cari məsələlərə baxılıb.

BQXK-nın nümayəndələri Bakıda əsir düşmüş erməni hərbçini ziyarət edib

3 İyul 2017 11:29

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndə heyətinin təmsilçiləri əsir düşmüş erməni hərbçi Zaven Karapetyanı ziyarət edib. Bu barədə BQXK-nın Yerevan nümayəndə heyətinin kommunikasiya proqramları rəhbəri Zara Amatuni bildirib.

Politoloq: “Mübarizə yollarından biri kiber polisinin yaradılmasıdır”

3 İyul 2017 11:22

“Biz tez -tez dövlətlərin nazirlər kabinetlərinin, dövlət administarsiyalarının, bank sistemlərinin elektron məlumat və idarəetmə mərkəzlərinin kiberhücumlar nəticəsində çökməsi halları ilə rastlaşırıq. Bu sayaq hücumlardan hətta informasiya texnologiyaları sahəsində inkişaf etmiş və bu sahədə xüsusi nailiyyətləri olan dövlətlər də sığortalanmayıblar”. Bunu politoloq Vasif Əfəndiyev deyib.