Siyasət

Politoloq: “Dondurulmuş münaqişə həmsədrlər üçün yaxşı variantdır”

3 İyul 2017 11:20

ATƏT-in Minsk Qrupunun həmsədrləri mütəmadi olaraq regiona səfər edərək fəaliyyətdə olduqlarını göstərmək istəyirlər. Çünki onlar da fəaliyyətləri haqqında qeydlər aparmalıdırlar”. Bunu  politoloq Zaur Məmmədov deyib.

Türkiyədə azərbaycanlı adı altında gizlənən ermənilər - GİZLİ FAKTLAR ORTAYA ÇIXDI

3 İyul 2017 11:12

Türkiyənin əsasən Azərbaycan əsilli türklərin yaşadığı Qars və İğdır bölgəsində azərbaycanlı adı altında gizlənən ermənilərin illər boyunca fəaliyyət göstərdiyinə dair məlumatlar ortaya çıxıb.

Naxçıvanda hərbi təlimlər başladı

1 İyul 2017 21:52

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki xüsusi təlimlərinə başlanılıb. Zenit raket, zenit raket artilleriya və Hava Hücumundan Müdafiə Qoşunlarının digər xüsusi bölmələrinin də cəlb olunduğu təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb. Motoatıcı bölmələrin yerdəyişməsi zamanı onların hava hücumundan müdafiəsini təmin edən hava hücumundan müdafiə bölmələri marş keçirərək təyinat rayonlarına çıxarılıb, atəş və start mövqeləri tutulub.

Azərbaycan prezidenti Aleksandr Lukaşenkonu təbrik etdi

1 İyul 2017 17:05

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib. Təbrikdə deyilir: "Belarus Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Müasir Belarus nəzərdə tutulan məqsədləri və prioritet vəzifələri uğurla həyata keçirərək dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsi, davamlı sosial-iqtisadi inkişaf sahələrində sanballı uğurlara nail olub.

Prezident Hacı Cavad məscidinin sökülməsini özbaşına həyata keçirən vəzifəli şəxsi cəzalandırıb

1 İyul 2017 16:40

Azərbaycan Prezidenti İlham Əliyev Hacı Cavad məscidinin sökülməsini özbaşına həyata keçirən vəzifəli şəxsi cəzalandırıb. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin "Sovetski" adlanan ərazisində Hacı Cavad məscidinin sökülməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin münasibəti barədə açıqlama verib. Əli Həsənov deyib ki, hələ aprel ayında Prezident İlham Əliyev Sovetski adlanan ərazidə Hacı Cavad məscidinin sökülməsini dayandırmış, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş vermişdi. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlmişdir ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlət başçısına məruzə olunmuşdur.

Yaxın Şərqdə dəyişiklik: parçalama siyasətinin yeni əlamətləri

30 İyun 2017 18:41

Suriya ətrafında geosiyasi vəziyyətin daha da gərginləşməsi mütəxəssisləri narahat edir. Faktiki olaraq ölkənin parçalanması prosesinə başlayıblar. Müxtəlif bölgələrdə bir neçə böyük dövlət öz hərbi güclərini yerləşdirməkdədirlər. ABŞ, Rusiya, Türkiyə və İran hansı məkanlarda hərbi qüvvələrini yerləşdirəcəklərini müzakirə edirlər. Onlardan başqa bir sıra ərəb dövlətləri də öz "paylarını" almaqda israrlıdırlar. Qətər böhranının arxasında duran məqamlardan birinin bundan ibarət olduğunu yazırlar. Bütün bu proseslər Yaxın Şərqdə riskləri və təhdidləri artırır. Eyni zamanda, bu dalğanın Qafqaz və Mərkəzi Asiyaya yayılması ehtimalını çoxaldır. Yekun olaraq belə bir tendensiyanın geniş geosiyasi məkanda hansı nəticələr verə biləcəyi üzərində düşünməyə dəyər.

Ermənistan Azərbaycandan qorunmaq üçün YENİ TAKTİKAYA ƏL ATDI - Müharibə hazırlığı

30 İyun 2017 18:22

Ermənistan Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsində 10-a yaxın mülki müdafiə obyekti yaradıb. Bu barədə Ermənistanın fövqəladə hallar naziri David Tonoyan 2016-cı ildə dövlət büdcəsinin icrası ilə bağlı parlamentdə keçirilən dinləmələrdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, sığınacaqlar əvvəl sərhədboyu ərazilərdə yerləşən 2 kənddə, daha sonra 8 kənddə qurulub. Ermənistanın bu addımı Azərbaycanla mümkün müharibəyə hazırlıqdır. 

İlham Əliyev Burundi Prezidentini təbrik edib

30 İyun 2017 18:08

Azərbaycan Prezidenti İlham Əliyev Burundi Prezidenti Pyer Nkurunzizaya təbrik məktubu ünvanlayıb.

Qənirə Paşayeva AŞ PA-nı fəal olmağa çağırdı

30 İyun 2017 16:36

Millət vəkili Qənirə Paşayeva Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxış edib. Deputat Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girovluqdan azad edilməməsi məsələsinə xüsusi diqqət yetirib, AŞPA-nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb: “Ermənistan dövləti azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlamaqda davam edir. Onlara zülm edilir, əziyyət verilir və sağlıq vəziyyətləri çox ağırdır.  Bu insanların heç bir günahı yoxdur.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə həmsədrlər də qatılacaqlar

30 İyun 2017 15:20

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Avstriyada nəzərdə tutulan görüşündə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədr İqor Popov da iştirak edəcək.