Siyasət

AŞPA-da Ermənistanın terrorçuluğu dəstəkləməsi ilə bağlı məsələ qaldırılıb

30 İyun 2017 15:13

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son iş günündə həftənin əvvəlində başlanmış sərbəst müzakirələr davam etdirilib. Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək ciddi bir problemə toxunub: "Ermənistan və ona havadarlıq edən qüvvələr tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağdan kənardakı 7 rayonundan bir neçəsində hər ilin yayında Ermənistan ordusunun bilavasitə icraçılığı ilə yanğınlar törədilir.

Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə sadiqliyi

30 İyun 2017 15:07

Azərbaycanın müstəqillik əldə etdikdən sonra xarici siyasət sahəsində qarşısına qoyduğu əsas hədəflərdən biri də beynəlxalq təşkilatlarla əlaqələr qurmaq, ayrı-ayrı təşkilat və qurumlara üzv olmaq, beləliklə də sovetlərin miras qoyduğu Dağlıq Qarabağ problemi, onun ölkəmizə vurduğu ziyan, ərazilərimizin işğal faktını üzv olduğu təşkilatlar vasitəsilə dünya birliyinə, beynəlxalq ictimaiyyətə çatdırmaq idi.

Siyavuş Novruzov: “Surət Hüseynov dar ağacı qurmuşdu, Heydər Əliyev müxalifəti xilas etdi”

30 İyun 2017 14:49

“Yeni Azərbaycan Partiyası hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinin tərəfdarıdır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Xədicə İsmayıl Mehman Qələndərlinin ölümündə günahlandırılır

30 İyun 2017 13:33

Müxalifət arealında “hüquq müdafiəçiləri” kimi tanınan şəxslər arasında yeni və barışmaz qarşıdurma yaranır. Maraqlıdır ki, bu kimi qarşıdurmalarda yenə də Xədicə İsmayılın adı hallanır ki, bu amil onun sözügedən sahədə bütün rıçaqları əlində saxlamaq iddiasını sübuta yetirmiş olur. Belə ki, məsələ ilə bağlı bir müddət öncə vəkillər Elçin Sadıqov, Yalçın İmanov, də müxalifətçi jurnalist Əvəz Zeynallı, eləcə də tez-tez siyasi məhbus və qrant savaşlarında adı hallanan “Kür” vətəndaş cəmiyyətinin sədri Oqtay Gülalıyev cəzaçəkmə müəssisəsində uzun sürən xəstəlikdən sonra vəfat etmiş Mehman Qələndərlinin ölümündə müxalifət cameəsində özünü “araşdırmaçı jurnalist”, eləcə də “hüquq müdafiəçisi” kimi təqdim edən Xədicə İsmayılı günahkar bilirlər.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nazirlər səviyyəsində görüşə hazırdır

30 İyun 2017 13:30

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nazirlər səviyyəsində görüşə hazırdır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Ziyafət Əsgərov: “Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının sayı şişirdilir”

30 İyun 2017 12:55

“Azərbaycanda məhkəmə-hüquq sisteminə kölgə salmaq üçün bəziləri Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların sayının bilərəkdən çox olduğunu bildirir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci vitse - spikeri, Məhkəmə Hüquq Şurasının üzvü Ziyafət bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulda görüşə bilər

30 İyun 2017 12:06

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulda görüşü  keçirilə bilər. Bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan deyib.

Musa Qasımlı: “Prezidentin səfəri qarşılıqlı münasibətlərdə yeni səhifə açır”

30 İyun 2017 11:34

"Cənab Prezident İlham Əliyevin Polşaya səfərinin, apardığı danışıqların, müzakirə edilən məsələlərin və imzalanan sənədlərin böyük əhəmiyyəti vardır”. Bunu millət vəkili Musa Qasımlı deyib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı AŞPA görüş keçirəcək

30 İyun 2017 11:18

"Münaqişələrin həllinə həsr edilən növbəti görüşün Avstriyanın Vyana şəhərində keçirilməsi planlaşdırılırdı. Təəssüflər olsun ki, mürəkkəb beynəlxalq vəziyyətlə əlaqədar olaraq tərəfdaşları bir yerə yığmaq mümkün olmadığı üçün bu görüş təxirə salınıb".

Növbəti mərhələ: dövlət quruculuğunda yüksələn xətt

29 İyun 2017 18:47

Hər bir xalq üçün müstəqillik böyük nemətdir. Yalnız müstəqil dövləti olan millətlər müasir mürəkkəb dünyada mövcud ola bilir, ləyaqətli həyat sürürlər.

Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü olub

29 İyun 2017 18:41

İyunun 29-da Bakıda Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hərbi kəşfiyyat nümayəndələrinin görüşü keçirilib.

Dünya ölkələrinin hərbi güc REYTİNQİ: Azərbaycan Ermənistanı üstələdi

29 İyun 2017 17:56

2017-ci il "Global Firepower" hərbi güc reytinqində Azərbaycan 132 ölkə arasında 59-cu yeri tutub. Bu reytinq mövcud atəş gücünün təmin olunması üçün silah sayı, coğrafi amillər, logistika çevikliyi, təbii ehtiyatlar və yerli sənaye kimi cəhətləri nəzərə alır.

Çavuşoğlu BMT üzvlərini münaqişələrin qarşısının alınması və həlli ilə bağlı Quterreşin səylərini dəstəkləməyə çağırıb

29 İyun 2017 17:45

Bununla yanaşı, BMT, regional, sübregional təşkilatlar və mülki cəmiyyət müstəvisində də qabaqlayıcı diplomatiya və vasitəçilik sahəsində beynəlxalq güc məsələsində əhəmiyyətli irəliləyiş əldə edilib. Qrup vasitəçiliyin inkişaf etdirilməsi sahəsində BMT-də qabaqcıl platformaya çevrilib, vasitəçiliyin normativ və konseptual çevrəsinin genişləndirilməsinə zəmin hazırlayan BMT-nin Ümumi Şurasının dörd qərarının qəbul edilməsinin təşəbbüskarı olub. Qrup eyni zamanda dünya miqyasında alimlərdən praktiklərə qədər vasitəçilik sahəsində fəaliyyət göstərən hər kəs üçün fundamental sənəd xarakteri daşıyan 2012-ci il tarixli “Birləşmiş Millətlər Təşkilatının effektiv vasitəçilik üzrə məlumat-sorğu Kitabı”nın hazırlanmasına da mühüm töhfə verib.

Hollandiya şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində sifarişləri dayandırdı

29 İyun 2017 17:40

Hollandiyanın ərazisində fəaliyyət göstərən booking.com şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsi dayandırılıb.