Siyasət
Avropa, AŞPA terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməlidir
Millət vəkili Qənirə Paşayeva AŞPA-da çıxış edərək Ermənistanın dövlət səviyyəsində terroru dəstəklədiyini bəyan edib və terrorçuları qəhrəman elan edərək, heykəllər qoyan bu ölkəyə qarşı ciddi addımlar atmağa çağırıb.
"Sarkisyan rejimi terrorçu mahiyyətindən bu gün də imtina etmir"
"Ermənistan Azərbaycan dövlətinə qarşı bütün terror növlərini, o cümlədən ekoloji, mədəni, humanitar terror törətməklə bu gün dəyəri milyard dollarla ifadə olunan ziyan vurub. Təəssüf ki, Sarkisyan rejimi terrorçu mahiyyətindən bu gün də imtina etmir və bu istiqamətdə fəaliyyətini davam etdirir". Bunu SİA-ya açıqlamasında bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı qurumun komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşına medallar təqdim edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Daxili İşlər Nazirliyinin bir qrup zabitinin rütbələri artırıldı
Arif Seyidov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev A.A.Seyidovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı qanun layihəsini MM-ə təqdim edib
Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı qanun layihəsi Azərbaycan prezidenti İlham Əliyevtərəfindən Milli Məclisə təqdim edilib. Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən, konseptuallığına və tənzimləmə sahəsinə görə son dövrlərdə hazırlanan ən geniş təkliflər paketi aşağıdakı istiqamətlərdə yeniliklərdən ibarətdir: Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Bununla yanaşı, ölkədə gedən iqtisadi-sosial proseslər nəzərə alınaraq mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin beş dəfə, yəni, 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. Nəticədə bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçmiş olacaq.
Çexiya XİN erməni mətbuatının iddialarını təkzib edib
Çexiyanın Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin Ermənistandakı səfiri Pyotr Mikiskanın Azərbaycan əleyhinə açıqlamalar verdiyi barədə erməni mətbuatının iddialarını təkzib edib. Çexiya XİN-in mətbuat katibinin müavini İrena Valentova bildirib ki, səfir P.Mikiska Yerevanda keçirilmiş mətbuat konfransında iştirak edib: "Mətbuat konfransının hesabatı səfir tərəfindən razılaşdırılmayıb və hesabatda yer alan bəyanatlar səfir tərəfindən səsləndirilməyib".
Ermənistan Suriya qaçqınlarından öz işğalçı siyasətlərini davam etdirmək üçün istifadə edir
Hazırda dünyanı cənginə alan iqtisadi tənəzzül miqrant və qaçqın problemini gündəmə gətirib. Günü-gündən sayları artan miqrant və qaçqın axını hətta Avropanın ən inkişaf etmiş ölkələrində belə həlli mümkün olmayan məsələyə çevrilib. Hətta ən mötəbər beynəlxalq təşkilatlar sözügedən problemin həllində acizlik nümayiş etdirilər. Təsadüfi deyil ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA yay sessiyasında miqrant və qaçqın problemini gündəmə gətirilib. Maraqlıdır, beynəlxalq təşkilatlar miqrant və qaçqın probleminin həllində hansı rolu oynaya bilər?
Rusiya Azərbaycana daha 15 “Tank qatili” göndərəcək
Rusiya iyunun 25-də Azərbaycana ən azı 12 “Xrizantema-S” tank əleyhinə idarəolunan raket kompleksi göndərib. Virtualaz.org xəbər verir ki, bu barədə Londonda mənzillənmiş, hərbi və təhlükəsizlik mövzuları üzrə ixtisaslaşmış “Jane's Defence Weekly” bildirir. Xəbərin müəllifi isə jurnalın erməni əməkdaşı Eduard Abramyandır.
Teys: “Görüşdən pozitiv nəticə gözləmirəm”
“ATƏT-in Minsk qrupunun çoxlu sayda diplomatlarının və nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsinə və qoşunların təmas xəttində monitorinq keçirilməsinə baxmayaraq Yerevanın silahlı təxribatları dayanmayıb. Ermənilər Azərbaycan xalqına, Qafqazda sülh və təhlükəsizliyə zərər vurmaqda davam edir”.
Rusiya və Qərb arasında müharibə başlayacaq - MƏRUZƏ
ATƏT XİN Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
ATƏT-in nazirlər səviyyəsində qeyri-rəsmi görüşünün iyulun 11-də Avstriyanın Mauerbax şəhərində keçirilməsi planlaşdırılır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova deyib
Rumıniyanın Azərbaycandakı səfirliyi bir sıra konsulluq xidmətlərini dayandırdı
Rumıniyanın Azərbaycandakı səfirliyi viza və təcili səyahət sənədləri verilməsi istisna olmaqla, konsulluq xidmətlərini müvəqqəti dayandırıb. Rumıniyanın Azərbaycandakı səfirliyindən report-a verilən məlumata görə, bu məhdudiyyət 3 iyul tarixindən 11 avqust 2017-ci il tarixinədək keçərli olacaq.
ABŞ Dövlət Departamenti: Azərbaycan hökuməti insan alveri ilə mübarizədə böyük səy göstərir
Azərbaycan hökuməti insan alveri ilə mübarizədə böyük səy göstərir. Bu barədə ABŞ Dövlət Departamentinin insan alveri ilə mübarizə barədə 2017-ci il üzrə hesabatında qeyd olunur. Bu hesabatda dünyanın 188 ölkəsində insan alveri ilə mübarizə ilə bağlı vəziyyət dəyələndirilir.
Azərbaycanlı deputatın hazırladığı yeni sənəd Avropa Şurasında nəşr edildi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Azərbaycanlı deputat Rafael Hüseynovun hazırladığı “Təhsilin məktəblilərin ehtiyaclarına yönəldilməsi” adlı yeni tövsiyə xarakterli sənədi müvafiq imzalar toplayıb və aktual qətnamə layihəsi kimi AŞPA katibliyinə təqdim edilib.














