Siyasət
Ermənilər 142 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 142 dəfə pozub.
Prezident Polşanın Baş naziri ilə görüşdü - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 28-də Varşavada Polşa Respublikasının Baş naziri xanım Beata Şidlo ilə görüşüb.
Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib
İyunun 27-də Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və Polşa prezidenti Andjey Duda biznes forumun açılış mərasimində iştirak ediblər.
Mehriban Əliyeva: "Ədalət bərpa olunacaq, Qarabağ problemi həllini tapacaq"
Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib. Məlumat verilib, Masazır qəsəbəsindəki “Yeni Bakı” yaşayış kompleksində 164 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunub. Mehdiabad qəsəbəsindəki Binəqədi Gənclər şəhərciyində isə 50 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz edilib.
Elxan Poluxov Etimadnaməsini təqdim etdi
İyunun 26 - da Azərbaycan Respublikasının Braziliya Federativ Republikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxov Etimadnaməsini Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə təqdim edib. Səfirlikdən "Olaylar" -a bildirilib ki, etimadnaməni təqdim etdikdən sonra, Səfri Elxan Poluxov Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin səmimi salamlarını Braziliya Prezidenti, cənab Mişel Temerə çatdıraraq Azərbaycan ilə Braziliya arasındakı yaxın dostluq münasibətləri müzakirə ediblər.
Azərbaycan və Polşa prezidentləri bəyanatlarla çıxış ediblər
Hərbi hissələrdə “Açıq qapı” günü keçirildi - YENİLƏNDİ
Azərbaycan prezidenti Polşada rəsmi səfərdədir
Azərbaycan prezidenti İlham Əliyev iyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın “Okeçie” hərbi havalimanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Şanlı tarix yazan Azərbaycan Ordusu
Hər bir dövlətin müdafiəsi, onun düşməndən qorunması, ayaqda durması üçün ordusu, Silahlı Qüvvələrinin olması vacib şərtdir. Ordu dövlətin əsas onurğa sütunu hesab edildiyindən onun günün tələblərinə uyğun olaraq modernləşdirilməsi, gücləndirilməsi zəruridir. Necə ki, Azərbaycan Ordusu kimi.
Azərbaycanda Silahlı Qüvvələr Günüdür
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 99 il ötür. 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd edilir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.
Prezident İlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edib
Prezident və ailəsi Formula 1-i izləyir
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi 2017 çərçivəsində yarışları izləyirlər. Prezidentin ailə üzvləri də yarışı izləyənlər arasındadırlar. Xatırladaq ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.
Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı bu ölkənin prezidenti Məmnun Hüseynə başsağlığı verib. Məktubda deyilir: “Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
İlham Əliyev Mozambik və Cibuti prezidentlərini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Mozambik Prezidenti Filipe Jasinto Nyusiyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Mozambik Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Mozambik münasibətləri daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mozambik xalqına əmin-amanlıq və rifah arzulayıram". Dövlətimizin başçısı Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qellehi də təbrik edib.
Prezident İlham Əliyev Jan Fransua Manseli qəbul etdi - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Fransa Respublikası Milli Assambleyasının keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı İlham Əliyev Jan-Fransua Manselin ölkəmizə səfərinin Fransa-Azərbaycan əlaqələri haqqında bir daha danışmaq üçün yaxşı fürsət yaratdığını dedi. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə, o cümlədən Fransanın siyasi dairələrinə çatdırdığına və Fransa-Azərbaycan əlaqələrinin inkişafında oynadığı çox böyük rola görə Jan-Fransua Manselə təşəkkür etdi. Dövlətimizin başçısı Fransa parlamentini təmsil edən nümayəndə heyətlərinin ölkəmizə müntəzəm səfərlərinin önəmini qeyd etdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında özünün Fransaya builki rəsmi səfərinin xüsusi yer tutduğunu vurğulayan Prezident İlham Əliyev səfərin yüksək səviyyədə keçdiyini və çox uğurlu olduğunu, Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı çox səmimi söhbət aparıldığını dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurlu olacağına əminliyini ifadə etdi.










.jpg)


.jpg)
