Siyasət
Qənirə Paşayeva: “Bu, Azərbaycanın bir neçə illik deyil, uzun illər maraqlarına xidmət edəcək”
"Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılması tarixi hadisədir. Bu layihənin ilk gündəmə gəldiyi günləri xatırlayıram. Onun həyata keçməməsi üçün kənardan ortaya atılan əngəlləri xatırlayıram. Amma Azərbaycan, cənab Prezidentimiz bu tarixi layihənin reallaşması üçün çox ciddi addımlar atdı”. “
Ermənilər 110 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan, İcevan rayonunun Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Fərəhli kəndlərində, Berd rayonunun Nerkin Karmirağbur, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı, Ağdam, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Əsrin layihəsi işə düşdü: BTQ-nin əhəmiyyəti nələrdədir - Bakıdan İrəvana növbəti şok
Ziya Məmmədovun Göyçaydakı möhtəşəm mülkü əlindən alındı - FOTOFAKT
Deputat: Bakı-Tbilisi-Qars dəmir yolu tək regionda deyil, dünyada tarixi bir hadisədir
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə salınması tək regionda deyil, dünyada tarixi bir hadisədir. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, bu xəttin açılışı ilə regiondakı vəziyyət kökündən dəyişir: “Ölkələr arasında daha sıx əlaqələr yaranır. 100 minlərlə iş yeri açılır. Çindən tutmuş Avropaya qədər mallar çox qısa zamanda və sürətlə çatdırılır. Eyni zamanda bu layihə sülhü və təhlükəsizliyi gücləndirir”.
Siyavuş Novruzov: Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malik layihədir
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu həm iqtisadi, həm də siyasi baxımdan çox əhəmiyyətli bir layihədir. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Bakı Çin-Avropa yolunu 4 dəfə qısaltdı
Bu gün Azərbaycanın ən yeni tarixində çox mühüm bir layihənin - Bakı-Tiflis-Qars dəmiryolunun açılış mərasimi keçiriləcək. İlk qatarını yola salacaq bu dəmiryolu xətti Avropa ilə Asiyanı birləşdirən mühüm bir layihədir.
Azərbaycanla-Aİ danışıqlarının növbəti mərhələsinin VAXTI və YERİ açıqlandı
"Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların növbəti mərhələsi noyabrın 6-7-i Brüsseldə keçiriləcək". Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Siyasi və sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidis deyib.
İran XİN-in sözçüsü: “Çox maraqlıyıq ki, Azərbaycan və Ermənistan sülh və inkişaf istiqamətində addımlar atsınlar”
“İran Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ilk ölkədir. Müharibənin qızğın vaxtında, qanlı hadisələr zaman atəşkəsə nail olmaq uğur idi”.
Kreml prezidentlərin Tehran görüşünü təsdiqləyib
Azərbaycan, Rusiya və İran prezidentləri noyabrın 1-də Tehranda görüşəcəklər. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani üç ölkə arasında siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığı müzakirə edəcəklər.
Əliyev, Ərdoğan və Kvirikaşvili tarixi Bakı-Tbilisi-Qars dəmir yolunu açırlar
Rusiyanın Cənubi Qafqazla bağlı yeni planları
Müntəzəm olaraq Rusiya rəsmilərinin dilindən Azərbaycan barədə səslənən müəyyən fikirlər, yaxud onların Azərbaycanı hansısa ölkələrlə eyniləşdirmək cəhdləri haqlı olaraq cəmiyyətdə Rusiyanın rəsmi dairələrinə qarşı narazılıq yaradır, kəskin reaksiyaya səbəb olur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, son vaxtlar Azərbaycanla bağlı heç də xoş olmayan ifadələr, fikirlər Rusiyanın iki rəsmi şəxsi tərəfindən daha çox səslənir.
Qazaxıstanın baş naziri: "Bakı-Tbilisi-Qars layihəsi sayəsində yüklər iki dəfə tez daşınacaq"
"Bu layihə Qazaxıstanın Xəzərdə logistik imkanlarını artıracaq, Çindən Avropaya yüklərin daşınmasına əlverişli şərait yaradacaq, yüklər 2 dəfə tez daşınacaq". Məlumata görə, bu sözləri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev deyib.
Gürcüstanın baş naziri: "Bakı-Tbilisi-Qars layihəsi mövcud iqtisadi reallığı dəyişəcək"
"Bu gün region müxtəlif çağırışlarla üz-üzədir. Stabilliyə yönələn Bakı-Tbilisi-Qarslayihəsi böyük diqqətə layiqdir". Məlumata görə, bunu bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.
Xəzəryanı ölkələrin XİN başçılarının bu il Moskvada görüşü keçiriləcək
"Xəzərin hüquqi statusu məsələsi ilə bağlı xarici işlər nazirləri səviyyəsində Moskvada görüş keçirilməsi barədə Rusiyadan təklif var. Mən Rusiya tərəfindən rəsmi dəvət almışam, hazırda vaxt dəqiqləşdirilir. Görüş bu il keçiriləcək". Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.














