Siyasət
Ərdoğan: “Azərbaycan qazı Avropaya nəql olunacaq, bu, bəzilərini narahat edir”
“Bu gün biz öz evimizdəyik, qonaq deyilik”. Məlumata görə, bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Bütün parametrlər üzrə fayda gətirəcək layihə
Bir neçə gündür ki, dünyanın əsas diqqəti Azərbaycanın paytaxtına yönəlib. Səbəb isə Azərbaycanın da iştirakı ilə həyata keçirilən daha bir regional layihədir. Əslində isə bu regional layihə həm də qlobal, beynəlxalq əhəmiyyət daşıyır. Söhbət Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən gedir. Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq tamamlanaraq oktyabrın 30-da istifadəyə verildi. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsas etibarilə üç ölkəni özündə ehtiva etsə də, lakin bu layihəyə olan maraq, ondan yararlanmağa, dəmir yolu xəttindən istifadə etmək üçün ortaya qoyulan istəklər onun əhəmiyyətini daha da artırır.
Qənirə Paşayeva: “Biz bunun nəticələrini gələcəkdə görəcəyik”
“Biz müəyyən sahibkarların işçiləri əmək müqaviləsi olmadan çalışdırmasına qarşı mübarizə aparmalıyıq. Onlar necə pensiya alacaq, onların gələcəyi necə olacaq?” “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qənirə Paşayeva bildirib.
Prezident: “Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq, birlik ən yüksək səviyyədədir”
“İki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir. Dünyada bir-birinə bu qədər yaxın olan, dəstək verən başqa ölkələr yoxdur”. Məlumata görə, bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakı görüşünün vaxtı dəqiqləşib
Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşünün vaxtı dəqiqləşib. Diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, görüş dekabrın 20-də baş tutacaq.
Ərdoğan: "Azərbaycanla dostluğumuz yüksək səviyyədir"
“Dünən və bu gün Azərbaycanda keçirdiyimiz görüşlərdə Azərbaycanla qardaşlıq və dostluğumuzun nə qədər yüksək səviyyəyə çatdığını həyəcanla müşahidə edirik”.
Rusiya XİN: Xəzəryanı ölkələrin XİN başçılarının dekabrda Moskvada görüşü keçirilə bilər
"Xəzəryanı ölkə başçılarının sammiti 2018-ci ilin əvvəlində Astanada keçirilə bilər. Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan xarici işlər nazirlərinin isə dekabrda Moskvada sammitə hazırlığı müzakirə etməsi gözlənilir".
Siyavuş Novruzov: Tarix sübut etdi ki, vaxtilə bu sazişi xülya adlandıranların fikirləri xülyadır
“Tarix sübut etdi ki, vaxtilə bu sazişi xülya adlandıranların fikirləri xülyadır”. “OLaylar” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinə dair yeni sazişin müzakirəsi zaman deyib.
Türkiyə prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda rəsmi qarşılanma mərasimi olub. Məlumata görə, Türkiyə prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Sonra iki ölkənin himni səsləndirilib.
Erməni tərəfi panikadadır
Müntəzəm olaraq Azərbaycan mühüm əhəmiyyətli layihələrin əsas təşəbbüskarı və iştirakçısı qismində çıxış edəndə, həmin layihələrin reallaşması başa çatan ərəfədə, yaxud ölkədə bu və ya digər seçkilər keçirilən zaman Qərbdən qərəzli, əsassız təzyiqlərlə üzləşir. Hazırda da eyni arzuolunmaz situasiya davam etməkdədir. Görünən odur ki, Azərbaycana qarşı yenə də qərəzli kampaniyalar aparılır. Ölkəmizə qarşı yönəlmiş bu təzyiqlərin əsas məqsədi isə Azərbaycanı öz müstəqil siyasət kursundan döndərmək, Bakını da Qərbin diqtəsi ilə addım atan bir ölkəyə çevirməkdir. Amma, reallıq ondan ibarətdir ki, Azərbaycanı tutmuş olduğu bu yoldan döndərmək mümkün deyil.
Əfsanədən gerçəkliyə aparan yol
Artıq uzun illərdən bəri xəyallarda dolaşan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gercəkliyə çevrildi. 2017-ci il oktyabrın 30-dan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimi arzuların çin olduğunu təsdiqlədi. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşması iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Sözgedən layihənin icrasına 2007-ci ildə başlanılıb.
Şərqlə Qərbi birləşdirən qlobal layihə
Nəhayət ki, gözlənilən tarixi gün yetişdi və oktyabrın 30-da üç ölkənin-Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Baki-Tbilisi-Qars dəmir yolu xətti Bakıda təşkil olunan rəsmi açılış mərasimi istifadəyə verildi. Azərbaycan və Türkiyə prezidentləri-İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, eləcə də Gürcüstan və Qazaxıstanın baş nazirlərinin iştirakı ilə baş tutan açılış mərasimi ilə Bakı-Tbilisi-Ceyhandan başlayan üçtərəfli strateji əməkdaşlıq yeni bir mərhələyə qədəm qoydu. Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri kimi Bakı-Tbilisi-Qars dəmir yolu xətti də ilk gündən qısqanclıqla qarşılandı, bu layihəyə, ən əsası Ankara, Bakı və Tbilisinin yeni bir formatda əməkdaşlığına əngəllər törədilməyə cəhdlər edildi. Təbii ki, BTC kimi bu layihənin də reallaşmasına ən böyük maneəni Ermənistan və erməni lobbisi törətmək istəyirdi. Çünki sözügedən layihə bir daha Ermənistanı regional və beynəlxalq əhəmiyyətli layihələrdən kənarda saxlayırdı və işğalçı ölkənin izolyasiyasını sürətləndirirdi. Ona görə də ermənilərin kompakt yaşadığı və dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissəsində erməni təxribatlarına cəhdlər törədildi. Lakin hər zaman olduğu kimi bu təxribatlar da prosesi əngəlləyə bilmədi.
"BTQ dəmir yolu Azərbaycanın iqtisadi uğurlarından biridir"
"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşması Azərbaycanın iqtisadi uğurlarından biridir. Belə ki Azərbaycan bu yolla həm öz yüklərinin daşınmasında, həm də tranzit ölkə kimi yükdaşımada mühüm nailiyyət əldə edəcək". Bunu millət vəkili Elman Məmmədov deyib.
Amerikalı ekspert: Bakı-Tbilisi-Qars dəmir yolu bir çox ölkə üçün faydalı layihədir
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu bir çox ölkə üçün faydalı layihədir. Bunu Mərkəzi Asiya üzrə ekspert Brüs Panyer deyib. Onun sözlərinə görə, bu dəmir yolu təkcə Şərqlə (Çin və Mərkəzi Asiya) Qərbi (Avropa) yox, həm də Şimalla (Rusiya) Cənubu (İran və Fars körfəzi) birləşdirəcək: “Beləliklə də, onlarla ölkə BTQ dəmir yolunun işə düşməsindən xeyir götürəcək”.
TBMM üzvləri Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını yüksək qiymətləndirib - SORĞU
“Çindən başlayan dəmiryolu xətlərinin Azərbaycandan Türkiyəyə, buradan da Avropaya keçməsi tarixi “İpək yolu”nun bərpası baxımından mühüm əhəmiyyətə malikdir. Bu proseslərdə Azərbaycanın mərkəzi ölkələrdən biri halına gəlməsi Türkiyə üçün də önəmlidir. Biz Azərbaycandakı sabitliyə və inkişafa daima xüsusi əhəmiyyət vermişik”.














