Siyasət
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu göndərib.
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilib
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 31-də Prezident İlham Əliyevlə görüşüb. Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimindən nsonra dövlət başçılarının təkbətək görüşü keçirilib.
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın ixraс potensialını artıracaq
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbcyanın ixraс potensialını artıracaq. Məlumata görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun keçmiş müşaviri Anar Əsgərov deyib.
Ermənilər BTQ-nin açılışını kədərlə qarşıladılar
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istismara verilməsi Ermənistanda, sözün həqiqi mənasında, vahimə yaradıb. “Armtimes.com” saytında dərc olunan məqalədə bu barədə ətraflı söhbət açılır. Müəllif Ayk Qevorkiyan yazır ki, hələ 10 il əvvəl BTQ-nin əsası qoyulanda Yerevanda İqtisad İnstitutunun tələbələri qarşısında çıxış edən Robert Köçəryan bəyan etmişdi ki, ictimaiyyətin Ermənistanın iqtisadi blokadaya düşməsi haqqındakı narahatlığı əsassızdır.
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb. Məlumata görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Musa Quliyev: “Azərbaycanın siyasi dividentləri iqtisadi qazancları qədər çox olacaq”
“Bakı-Tbilisi-Qars dəmir yolu tarixi və strateji əhəmiyyətli qlobal layihədir. Bu layihə müstəqil Azərbaycan dövrünün ən böyük iqtisadi, siyasi layihələrindən biridir. “Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi və onun təntənəli açılışını biz yalnız "Əsrin kontraktları" ilə müqayisə edə bilərik. Yəni bu dərəcədə Azərbaycanın müstəqilliyinin ən uğurlu siyasi, iqtisadi əhəmiyyət daşıyan hadisələrindən biri oldu”. Bunu millət vəkili Musa Quliyev deyib.
Aydın Mirzəzadə: “Bu, Ermənistana verilən çox ciddi mesajdır”
Oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildi. Bu, təkcə Azərbaycan və region dövlətləri üçün deyil, həmçinin qlobal əhəmiyyətli tarixi hadisə kimi qiymətləndirilir.
Avropa İttifaqı Dağlıq Qarbağda baş verən cinayət və zorakılıqları qətiyyətlə pisləyir
“Avropa İttifaqı olaraq Dağlıq Qarbağda baş verən cinayət və zorakılıqları qətiyyətlə pisləyir və qınayırıq”. “OLAYLAR”-ın xəbərinə görə, bu açıqlama Avropa Komissiyası rəhbərliyinin DAA rəhbərinə cavabında qeyd olunub. Bugün Avropa Komissiyası Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya ölkələri üzrə direktorluğundan cənab Dirk Shuebel, Dünya Azərbaycanlıları Assambleyası rəhbəri Rəşad Quliyevə məktub göndəRib. Məktubda qeyd edilir ki, bu məsələ konkret olaraq 2015-ci ilin Şərq Tərəfdaşlığı sammitində qəbul olunmuş deklarasiyada qeyd olunduğu kimi biz Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşırıq. Eyni zamanda bu açıqlama ilə Avropa Şurasının prezidenti Donald Tuskun 2017 – ci ilin fevralında Brüsseldə keçirilən sammit zamanı çıxışında bir daha qeyd olunmuşdur. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən zorakılıq və cinayət hallarına dərin təəssüfflə yanaşmaqla yanaşı və bu halları qınayır.
Erməni ictimai fəal: “Azərbaycanlılar və ermənilər birgə yaşaya bilirlər”
“Azərbaycanlılar və ermənilər sülh şəraitində birgə yaşaya bilirlər. Rusiyada yaşayan azərbaycanlılar və ermənilər bir-birlərinə qardaş deyirlər”. Məlumata görə, bunu Tbilisidə keçirilən “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin yeni missiyası” adlı konfransda Rusiyada yaşayan erməni ictimai fəal Oksana Altunyan deyib.
ATƏT PA-nın prezidenti: “Bakı-Tbilisi-Qars regionda həyat səviyyəsini yüksəldəcək”
“Bakı-Tbilisi-Qars dəmir yolu olduqca əhəmiyyətli iqtisadi layihədir”. Bunu ATƏTParlament Assambleyasının (PA) prezidenti Gigi Sereteli deyib. O qeyd edib ki, bu gün Qafqazın Qərb və Şərq arasında vacib birləşdirici funksiyası artmaqdadır və burada bütün regionun marağı var: “Hazırda biz bütün dünyada “İpək yolu” mövzusunda fəal diskussiyalar aparırıq. ATƏT Parlament Assambleyasında Azərbaycanın təşəbbüsü ilə “İpək yoluna dəstək qrupu” yaradılıb”.
Azərbaycan və Türkiyə prezidentləri birgə nahar ediblər
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ilə birgə nahar ediblər. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra prezident İlham Əliyevin və prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının Protokolu”nu imzalayıblar.
Prezident: "Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 mlrd. dollara çatmalıdır"
"Azərbaycanla Türkiyə arasında imzalanan imtiyazlı ticarət anlaşması böyük əhəmiyyət daşıyır. Bu, ticarət dövriyyəsinin artmasına imkan verəcək". Məlumata görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında prezident İlham Əliyev deyib. Ölkə başçısı deyib ki, Azərbaycandan indiyə kimi Türkiyəyə 10 mlrd. dollar, Türkiyə isə Azərbaycana 11 mlrd. dollar sərmayə qoyub: "Bu sərmayə artacaq. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 mlrd. dollara çatmalıdır".
Azərbaycan prezidenti: "Türkiyədən hərbi məhsullar alırıq və alacağıq"
"Hərbi əməkdaşlıq Türkiyə və Azərbaycan arasında gündəlikdə duran məsələdir". Məlumata görə, bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
İlham Əliyev: “BMT qətnamələri kağızda qalır, Ermənistan onlara məhəl qoymur və münaqişə həllini tapmır”
“Türkiyə prezidenti ilə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Mən Rəcəb Tayyib Ərdoğanın diqqətinə danışıqlarla bağlı son vəziyyəti çatdırdım”. Məlumata görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.














