Ermənistanın cəhdləri puça çıxdı

Xəbər verdiyimiz kimi Belçika Krallığında Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib. Prezident İlham Əliyev plenar sessiyada çıxış edib və Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib. Dövlət başçısı bu ilin fevralında yeni sazişlə bağlı fəal danışıqların başlandığını xatırladıb. Nəhayət Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib.

Xəbər verdiyimiz kimi Belçika Krallığında Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib. Prezident İlham Əliyev plenar sessiyada çıxış edib və Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib. Dövlət başçısı bu ilin fevralında yeni sazişlə bağlı fəal danışıqların başlandığını xatırladıb. Nəhayət Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Məsələ ilə bağlı fikirlərini ifadə edən Qlobal Araşdırmalar Liqasının sədri, ekspert Azər Verdiyev "OLAYLAR"-a deyib ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilməsi xüsusi vurğulanmalıdır: "Xatırladaq ki, bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib. Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31