Siyasət

Elmar Məmmədyarov: “İraqda yüzdən çox azərbaycanlı qadın və uşaq var”

30 Oktyabr 2017 15:12

“İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla Xarici İşlər Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur”. Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib. E. Məmmədyarov deyib ki, ilk növbədə İraq hökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olmaları və gələcək taleləri müzakirə olunacaq: "Bu məsələ Bağdaddakı səfirliyimiz və konsulluğumuzun daimi diqqət mərkəzindədir. Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı sadəcə, götürüb ölkəyə gəlmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir. İraqda 100-dən bir az çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək".

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

30 Oktyabr 2017 15:11

Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin noyabrın sonlarında görüşü razılaşdırılıb. Məlumata görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bildirib. 

Azərbaycan prezidenti: “Bəziləri Bakı-Tbilisi-Qars layihəsinin uğurla başa çatacağına inanmırdılar”

30 Oktyabr 2017 15:07

“Bəziləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatacağına inanmırdılar. Azərbaycan, Türkiyə və Gürcüstan bu layihəni uğurla reallaşdırdı”. Məlumata görə, bu sözləri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, layihəyə Orta Asiya ölkələri böyük maraq göstərir: “Bu yolun Avropa üçün böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə danışıqlar aparıb, Avropa ölkələri bu dəmir yolu xəttinə böyük maraq göstərir”.

Azərbaycan prezidenti: "Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur"

30 Oktyabr 2017 15:05

"Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibəti ilə sizi təbrik edirəm. Bu təntənəli mərasimə qardaş, dost ölkələrdən qonaqlar gəlib. Burada Türkiyə prezidenti, Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirləri, Tacikistan və Qırğızıstandan nümayəndələr iştirak edir. Bunun özü layihənin əhəmiyyətini təsdiqləyir". Məlumata görə, bunu bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Milli dövlətlərə qarşı savaş açan Soros

30 Oktyabr 2017 14:57

Sovetlərin dağılması ərəfəsi və ondan sonra meydana gələn terminlərdən biri də “açıq cəmiyyət” anlayışı oldu. O zaman bir çoxları bu anlayışın nə məna kəsb etdiyi və onun arxasında kimin durduğunun fərqində olmadığından istər-istəməz “açıq cəmiyyətin” tilovuna düşüb bir növ onun əsrinə çevrildilər.

Aİ: BTQ dəmir yolu xəttinin açılışı nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır

30 Oktyabr 2017 14:43

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır”. “Olaylar” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yaydığı açıqlamada bildirilib. “Avropa İttifaqı yeni dəmir yolu dəhlizinin açılmasını alqışlayır

Nazir: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur

30 Oktyabr 2017 14:41

ATƏT-in Minsk Qrupu həmsədrlərinin noyabr ayının ortalarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü nəzərdə tutulur. “Olaylar” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirləri Elmar Məmmədyarov bildirib.

Qarabağ məsələsində Azərbaycan üstün mövqedədir

30 Oktyabr 2017 14:16

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indi maraq doğuran başlıca məqam Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşündən sonra konfliktlə ilgili proseslərin hansı müstəvidə cərəyan edəcəyidir. Bir ildən də artıq müddətdən sonar prezidentlərin yenidən görüşün keçirilməsi bütün diqqəti yenidən Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Ən azından ona görə ki, məhz bu görüş Dağlıq Qarabağ münaqişəsinin həllində konkret yeniliklərə səbəb olacaq.

Regionun geosiyasi xəritəsinə yeni düzəliş

30 Oktyabr 2017 13:53

Nəhayət ki, çoxdan gözlənilən tarix gəlib çatdı. Söhbət Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən gedir. Üç ölkənin, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təkcə layihə iştirakçıları deyil, eləcə də böyük bir coğrafiyaya fayda verəcəyi danılmazdır. Bakı-Tbilisi-Ceyhandan sonra həm regional, həm də beynəlxalq əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin həm siyasi, həm də iqtisadi dividentləri kifayət qədərdir. Elə əksər ekspertlər, siyasilər də belə düşünür.

Ərdoğan Azərbaycana gəlib

30 Oktyabr 2017 13:28

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-da Azərbaycana gəlib. Məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Deputatlarımız Avronest PA-nın sessiyasına qatılacaqlar

30 Oktyabr 2017 13:02

Oktyabrın 30-dan noyabrın 1-dək Kiyevdə Avronest Parlament Assambleyasının plenar sessiyası və komitə iclasları keçiriləcək. İclaslarda Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi parlament nümayəndə heyəti iştitak edəcək.

Türkiyə prezidenti: "Cənub sərhədimizdə terror dəhlizi yaradılmasına qətiyyən imkan verməyəcəyik"

30 Oktyabr 2017 13:00

"İraqın siyasi birliyi və ərazi bütövlüyünün qorunmasına böyük əhəmiyyət veririk. Şimali İraqda baş verən hadisələr sadəcə kürdləri deyil, eyni zamanda ərəbələri, türkmanları və digər qrupları yaxından maraqlandırır. Yaddan çıxarmayaq ki, İraq təklikdə kürd, ərəb və ya türkman dövləti olmadığı kimi, Kərkük və Mosul da təklikdə kürdlərin məskəni deyil".

Ərdoğan: "Azərbaycan xarici terroristlərin Suriyaya keçməsinin qarşısını almaq sahəsində mühüm ölkədir"

30 Oktyabr 2017 12:58

"DAEŞ, PKK, PYD, YPG, DHKP-C və MLKP terror təşkilatlarından birinin digərindən fərqi yoxdur. Onların məqsədi birdir, o da Türkiyəni zəiflətməkdir". Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan APA, "Trend" və "Azərtac"a müsahibəsində deyib.

Ərdoğan: "TANAP Türkiyənin hər il sürətlə artan təbii qaz ehtiyacının ödənilməsində həlledici əhəmiyyətə malikdir"

30 Oktyabr 2017 12:46

"TANAP Türkiyə və Azərbaycanın birlikdə işləyib hazırladığı, həmçinin Avropanın enerji təhlükəsizliyi baxımından da böyük əhəmiyyətə malik strateji layihədir. İnşaat işləri planlı şəkildə davam edir. İnşallah, yaxın vaxtlarda bu layihəmizi də istifadəyə verməyin sevincini yaşayacağıq".