2018-ci ilin dövlət büdcəsi layihəsində Prezidentin Ehtiyat Fondunun həcmi keçən ilki səviyyədə saxlanılıb

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili Tahir Mirkişili deyib ki, Ehtoyat Fondunun vəaitləri ilə bağlı dövlət başçısının imzaladığı sərəncamlar ölkənin sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayır: "2018-ci ilin dövlət büdcəsi layihəsində xərclərin 2.96 milyard manat artmasına baxmayaraq Prezidentin Ehtiyat Fondunun həcmi keçən ilki səviyyədə saxlanılıb. Son 5 ildə Prezidentin Ehtiyat Fondunun dövlət büdcəsi xərclərində xüsusi çəkisini təhlil edərək belə nəticəyə gəlmək olur ki, 2018-ci ildə bu xüsusi çəki 0.95% olmaqla nəzərdə tutulan normadan 2 dəfə az olaraq, son 5 ildə ən az olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31