Siyasət

Türkiyə prezidenti: "Ermənistanın işğalçı siyasəti ilə yanaşı, son dövrlərdə mülki əhalini hədəf seçən təxribatlarını da lənətləyirik"

30 Oktyabr 2017 12:35

"Dağlıq Qarabağ məsələsi Azərbaycanın olduğu kimi, bizim də qanayan yaramızdır. Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymayana qədər əfsuslar olsun ki, bu məsələ həll oluna bilməyəcək".

Səfir: "ABŞ Azərbaycanla sərhəd təhlükəsizliyi məsələlərində yaxından əməkdaşlıq edir" 

30 Oktyabr 2017 11:39

Bu gün Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) idarəsi Kommersiya Tipli Dəmir Yollarında Qadağalara dair təlimə başlayıb.

Novruz Məmmədov: "Bu il Azərbaycanın tarixində ən uğurlu səhifələrdən biri kimi yadda qalacaq"

30 Oktyabr 2017 11:30

2017-ci il müstəqil Azərbaycanın tarixində ən uğurlu səhifələrdən biri kimi yadda qalacaq. Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb. N.Məmmədov qeyd edib: "Böyük tarixi hadisələr sırasında - Yeni Əsrin - XXI əsrin kontraktının imzalanmasından sonra, bu gün isə iki qitənin ölkələrini və xalqlarını bir-birinə yaxınlaşdıran Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışıdır. 

Düşmən 103 dəfə atəşkəsi pozub

30 Oktyabr 2017 11:17

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 103 dəfə pozub. 

Azər Həsrət: “Bakı-Tbilisi-Qars Ermənistanı böyük layihədən kənarda qoydu” 

30 Oktyabr 2017 11:04

“Bu gün rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Zəngilanın Ermənistan tərəfindən işğalı Pakistan mətbuatının gündəmində

30 Oktyabr 2017 10:59

Pakistanın “Pakistan in the World” jurnalının elektron səhifəsində “Azərbaycanın Zəngilan rayonunun Ermənistan tərəfindən işğalı” sərlövhəli məqalə dərc edilib. Azərbaycanın Pakistandakı Səfirliyindən  verilən məlumata görə, məqalədə oktyabr ayının 29-nun Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının 24-cü ildönümü kimi yad olunduğu bildirilir.

Baş nazirdən İlham Əliyevə TƏŞƏKKÜR

29 Oktyabr 2017 22:46

Türkiyənin baş naziri Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Giorgi Kvirikaşviliyə zəng açıb.  B. Yıldırım Azərbaycan prezidenti və Gürcüstan baş nazirinə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə verdikləri dəstəyə görə təşəkkür edib.

Məsud Bərzani istefa verdi

29 Oktyabr 2017 11:41