Siyasət
MSK sədri: “Sosial şəbəkələrlə bağlı ictimaiyyəti maarifləndirməliyik”
Bu gün Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK), Milli Televiziya və Radio Şurası (MTRŞ) və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rol və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə "Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı "YouTube" video xidmətində Azərbaycan prezidenti haqqında təhqiramiz materiallar yerləşdirilməsi ilə bağlı bu sosial şəbəkənin rəhbərliyinə müraciət olunmasını təklif edib.
Seçkilərin qalibi kim olacaq?
Prezident seçkilərinin daha bir mühüm mərhələsi, təbliğat-təşviqat dövrü başladı. Ölkənin bir nömrəli postu uğrunda mübarizəyə qoşulan hər bir namizəd bu mərhələdə seçicilərlə görüşlər keçirəcək, öz platformalarını xalqa çatdıracaqlar. Prezidentliyə namizədlərin təbliğat-təşviqat mərhələsində seçiciləri ilə görüşlər keçirməsi üçün müvafiq dövlət qurumları tərəfindən lazımı şərait də yaradılıb.
Azərbaycanın regional və beynəlxalq sabitliyə yönəlik təşəbbüsləri
Artıq bir neçə ildir ki, Azərbaycan regional və qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi bir məkana çevrilib. Hər il Bakıda müxtəlif sahələri əhatə edən forum və toplantıların keçirilməsi fonunda bunu aydın görmək mümkündür. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər regional və beynəlxalq sülhə, qarşılıqlı anlaşmaya öz töhfəsini verir.
Əflatun Amaşov: "Prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır"
Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır. Məlumata görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Respublikası Prezident seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilmiş seminar-müşavirədə deyib.
Nuşirəvan Məhərrəmli onlardan XAHİŞ ETDİ
“Bəzən seçki ərəfəsində təbliğat üçün namizədlərin telekanallara ödədikləri vəsait, mal və xidmətlərin reklamı zamanı ödənilən vəsaitdən az olur. Telekanal rəhbərləri də çox zaman bundan şikayətlənirlər”. Bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli “Seçkilərdə KİV-in rolu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Əli Həsənov: "KİV-in rolu seçkidə iştirak edən namizədin rolu qədərdir”
"Seçki mühüm prosesdir. Namizədlərin debatlarını əhaliyə, görüşləri ilə bağlı informasiyaları insanlara media orqanları çatdırır. KİV-in rolu seçkidə iştirak edən namizədin rolu qədərdir”. Məlumata görə, bunu Prezident seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Baş redaktor: “Seçicilərimiz yenidən İlham Əliyevə səs verəcəklər”
“Ümumiyyətlə aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı proseslər çox uğurla davam edir. Bu ilin martın 19-na kimi Mərkəzi Seçki Komissiyası namizədlərin qeydiyyatını, imzatoplama kampaniyasını və s. digər məsələləri həyata keçirdi”. Bunu “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Politoloq: “Rusiya ilə Türkiyə arasında iki fərq var”
“Rusiya və Türkiyə də Suriyada hərbi əməliyyat keçirdir”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, ancaq Rusiya ilə Türkiyə arasında iki önəmli fərq var: “Birincisi, Rusiya haranı gəldi bombardman etdi, terrorçularla yanaşı xeyli mülki və günahsız insan həlak oldu, Türkiyə ordusu isə mülki insanlar arasında itkiyə yol vermədən Afrini ələ keçirdi, elə məhz buna görə əməliyyat xeyli uzandı.
İcra başçısı işdən çıxarıldı – BAKIDA
MSK sədri: "Prezidentliyə namizədlərin İTV-də debatı saat 22:00-da başlayacaq"
“Bu gün seçkiqabağı təşviqat başlayıb. Artıq bu gün axşamdan İctimai Televiziyada namizədlərin debatı baş tutacaq. Televiziyadakı debat saat 22:00-da, radioda isə çıxışlar 19:00-da olacaq”. Bunu Azərbaycan Respublikası prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov deyib.
Elxan Şahinoğlu: “Qrudinin ikinci olacağı bəlli idi”
“Rusiyada gözlənilən baş verdi, Vladimir Putin böyük səs çoxluğu qazanaraq elə birinci mərhələdə prezident seçildi, Pavel Qrudinin də ikinci olacağı bəlli idi. Ən böyük sürprizi Kseniya Sobçak etdi, o Rusiya liberal demokratlarının tanınmış lideri və ölkənin hər yerində partiya şöbələri olan Qriqori Yavlinskini az da olsa qabaqlaya bildi”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Cəbhədən son xəbər
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.
Ruhaninin İran və Azərbaycanın birlikdə Afrika ilə Avropanı birləşdirməsi təklifi yeni geosiyasi və geoiqtisadi vəziyyət yaradır
İran prezidenti Seyid Həsən Ruhani Tehranda Azərbaycanın iqtisadiyyat naziri və İran-Azərbaycan hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən az qala sensasiya kimi dəyərləndirilə bilən açıqlama verdi: İran və Azərbaycan birlikdə Afrika ilə Avropanın şimalı arasında vacib tranzit körpüsü ola bilər.














