Siyasət
Prezident İlham Əliyevə velosiped və cüdo üzrə dünya çempionatlarının ilk biletləri təqdim olunub
Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Məlumata görə, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parkda olublar. Çay süfrəsinə qonaq olan dövlət başçısı və xanımı milli mətbəximizin müxtəlif nümunələrindən dadıblar. Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov məlumat verib ki, Novruz bayramı münasibətilə milli mətbəximizə aid xüsusi olaraq 27 poçt markası hazırlanıb. Prezident və xanımı poçt markalarını imzalayıblar və möhürləyiblər.
Erməniçilik xəstəliyinə düçar olanlar…
Siz “azərbaycanlı arzusu”nun nədən ibarət olduğu üzərində dərindən düşünmüsüzmü? Deyəcəksiz ki, bir milləti vahid istək ətrafında necə birləşdirmək olar? Doğrudur. Ancaq nəinki rəsmi, eləcə də adi diskussiyalarımızda biz gələcəyə inam yaratmaq üçün hamımızın müxtəlif niyyət və xəyallarından bəhs edirik. Lakin heç zaman onları istedadlı bir rəssamın əli ilə vahid tabloya çevirmirik, yaxud, siyasətçinin qələmi ilə proqramlaşdırmırıq. Çünki müstəqillikdən sonra qapalı bir ölkədən çıxıb dünya sakininə çevrildiyimizdən idxal elədiyimiz texnologiyalar, maşınlar, avadanlıqlar kimi sabahkı məqsədlərimizin də kənardan diqtə olunacağını düşünürük.
Bakı İrəvanı tam təcrid etdi: çətin dövr başlayır - Xaratyan
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Azərbaycan XİN: "İran vətəndaşlarına giriş vizalarının hava limanlarında verilməsinə başlanılıb"
Martın 15-dən etibarən Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu havalimanlarında rəsmiləşdirilir. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Prezident seçkilərində KİV-in əsas vəzifə və öhdəlikləri açıqlanıb
Martın 19-da Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK), Milli Televiziya və Radio Şurası (MTRŞ) və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MSK sədri Məzahir Pənahov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV rəhbərləri, jurnalistlər, fəal sosial şəbəkə istifadəçiləri və blogerlər iştirak ediblər. Tədbirdə çıxış edən MSK sədri M. Pənahov deyib ki, seçki prosesində artıq finiş xəttinə çıxılıb, martın 19-u axşam saatlarından İctimai Televiziyanın (İTV) efirində namizədlərin Dəyirmi Masası olacaq: "Bu gün seçkiqabağı təşviqat başlayır.
Səsvermə hüquqlu iranlı mühacirlər aprelin 11-də yalnız sizə səs verəcəklər
Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun nümayəndələri hərbi hissələrdə olublar
Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2018-ci ilə dair birgə fəaliyyət planına əsasən, hər iki qurumun məsul əməkdaşları Novruz bayramı ərəfəsində cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.
Azərbaycan 11 aprel seçkilərinə tam hazırdır
Artıq seçkilərin təbliğat-təşviqat mərhələsi başlayıb. Prezident postu uğrunda mübarizəyə qoşulan namizədlərdən hansının seçkidə qələbə qazanmaq mümkünlüyünə aydın gətirmək istəsək, birmənalı olaraq deyə bilərik ki, 11 aprel seçkilərinin qalibi hakim partiyanın namizədi Cənab İlham Əliyev olacaq.
YAP 40-dan çox mitinq keçirəcək
“Təbliğat-təşviqat dövründə Yeni Azərbaycan Partiyası 40-dan çox mitinq keçirəcək”. Məlumata görə, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovpartiyanın qərargahında www.ilhamaliyev2018.az saytının təqdimatı zamanı bildirib.
YAP prezident seçkiləri ilə bağlı sayt yaradıb
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 11 aprel prezident seçkiləri ilə əlaqədar yaradılmışwww.ilhamaliyev2018.az saytının təqdimatı keçirilib. Məlumata görə, təqdimatda YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov, partiya üzvü, deputat Vüsal Hüseynov və digər şəxslər iştirak ediblər. Siyavuş Novruzov bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq bu gündən etibarən təbliğat-təşviqat kampaniyası başlayır: “Bu təbliğat üsullarından biri də yeni internet saytının yaradılmasıdır".
Dövlət başçısı: "Azərbaycan Avrasiyanın önəmli nəqliyyat mərkəzinə çevriləcək"
"Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır. Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır". Məlumata görə, bunu prezident İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində çıxşında deyib.
Prezident İlham Əliyev: “Valyuta ehtiyatımız 44 milyard dollara bərabərdir”
“Biz uğurla inkişaf edirik. Azərbaycan iqtisadi sahədə də böyük uğurlara imza atıb. Bu bayramı gözəl iqtisadi nəticələrlə qarşılayırıq”. Bunu Bakıda Novruz münasibətilə keçirilən ümumxalq şənliyində prezident İlham Əliyev çıxışında deyib.
Dövlət başçısı: “Ölkəmizə gələn qonaqların sayı bu ilin iki ayında 12 faiz artıb”
"Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakıya gələn hər bir qonaq bunu qeyd edir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda Novruz münasibətilə ümumxalq şənliyində çıxışında deyib.







.jpg)



