Siyasət

Paraqvayın sabiq prezidenti: Azərbaycan bütün tarixi boyunca qeyri-adi inkişaf yolu qət edib

18 Mart 2018 19:37

Azərbaycan bütün tarixi boyunca qeyri-adi inkişaf yolu qət edib və dünyanın inkişaf və birgəyaşayış təcrübəsinə öz töhfəsini verməkdə davam edir. Bunu  Paraqvayın sabiq prezidenti Fernando Luqo deyib. O bildirib ki, ölkələrin dünyada prioritet olan sahələrdəki nailiyyətlərinə diqqət verir: “Enerji hər zaman dünya iqtisadiyyatında prioritet rol oynayıb və bu sahənin inkişafı gələcəkdə də qaçılmaz olacaq. Azərbaycan nəhəng enerji ehtiyatları sahib bir ölkədir və bu ehtiyatların istifadəsində Azərbaycanı digər ölkələrə nümunə göstərmək olar”.

Baş nazirin müavini: "Rumıniya və Azərbaycan arasında strateji əməkdaşlıq mövcuddur"

18 Mart 2018 12:24

"Rumıniya və Azərbaycan arasında strateji əməkdaşlıq mövcuddur ". Bunu bu gün jurnalistlərə açıqlamasında Rumıniyanın baş nazirinin müavini Ana Birçal bildirib. A. Birçal deyib ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir və bu da strateji əməkdaşlığın əsasını təşkil edir: "İki ölkə arasında sadəcə siyasi, iqtisadi sahədə deyil, həm də mədəniyyət, təhsil sahələrində əlaqələr inkişaf edir. Tezliklə Azərbaycan Dillər Universitetində Rumıniya mərkəzinin açılışı istiqamətində işlər gedir. Azərbaycandan çoxlu sayda tələbə Rumıniyanın yüksək səviyyəli universitetlərində təhsil alır. Ümid edirəm ki, ilbəil hər iki tərəf arasında daha geniş əməkdaşlıq ediləcək".

İrəvanın ermənilərə verilməsi qərarı ləğv edilməlidir - Akademik

18 Mart 2018 11:52

Elmi araşdırmalarla sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Bu barədə AMEA Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov danışıb.

Gürcüstan baş naziri istefaya gedə bilər

18 Mart 2018 11:22

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə hökumətin bir neçə üzvü yaxın zamanlarda öz postunu tərk edə bilər. Bu barədə "Rustavi 2" telekanalı mənbəyə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, hökumət başçısının Rusiya rəhbərliyinə ikitərəfli münasibətlərin qurulmasına dair müraciətini əks etdirən məktubunun nəşr olunmasından sonra baş nazirin mümkün gedişi müzakirə olunmağa başlayıb.

Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul etdi

18 Mart 2018 11:01

Bu gün Azərbaycan prezidenti İlham Əliyev martın 18-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

18 Mart 2018 11:00

Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərində seçicilərə müvafiq məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi başlayır.

Deputat: "Qlobal Bakı Forumu dünyanın siyasi-ictimai elitasını birləşdirən diskussiya və dialoq məkanıdır"

18 Mart 2018 10:53

Bu gün Azərbaycan qlobal problemlərin müzakirə edildiyi, onların həlli yollarının müəyyənləşdirildiyi, eyni zamanda dünya cəmiyyətləri üçün birgəyaşayış, dini, irqi və siyasi dözümlülük modelinin təqdim olunduğu humanitar dialoq mərkəzinə çevrilib.

Əli Həsənov mediaya çağırış etdi: "Aktiv olmalısınız" - FOTO

17 Mart 2018 20:53

Bu gün "Altun Saray"da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən keçirilən tədbirdə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri təltif edilib. Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin sədr müavini Bahar Muradova, Ağsaqqallar Birliyinin sədri Fəttah Heydərov, "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və digər media nümayəndələri iştirak ediblər.

VI Qlobal Bakı Forumu işini davam etdirir

17 Mart 2018 11:05

Azərbaycan paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işini davam etdirir. Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Mübariz Qurbanlı Misir səfiri ilə görüşdü

17 Mart 2018 10:56

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  Misirin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb. Səfirlikdən Olaylar.az -a bildirilib ki, görüşdə yeni təyinatı münasibətilə səfiri təbrik edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iki ölkə arasındakı dostluq münasibətlərinə toxunub. Misirin hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Komitə sədri, eyni zamanda, Azərbaycan və Misir arasındakı din və mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.