Siyasət

Prezident İlham Əliyev Miqrasiya Xidmətinin əməkdaşlarını təltif edib (SİYAHI)

16 Mart 2018 18:28

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

ABŞ-ın Qarabağ siyasəti "mavi"nin ümidinə qalıb: Vaşinqtonda erməni şousu

16 Mart 2018 18:00

Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan 4 nəfərlik dəstəsi ilə ABŞ-dadır. O, Ermənistanın ABŞ-dakı səfiri Qriqor Hovannisyanla görüşüb, daha sonra Milli Maraqlar Mərkəzində (Center for the National Interest, CNİ) görüş keçirib.

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

16 Mart 2018 17:39

Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur. Əcdadımızın nikbin həyat fəlsəfəsini dolğun nümayiş etdirən bu bayram Uca Tanrının nemətlərinə minnətdarlıq duyğusunun təcəssümü, böyük hikmətlə yaradılmış təbiətin ilahi nizamına ehtiramın təzahürüdür. Yurdumuzun çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur.

Amerikanın ikili standartları separatizmə dəstək fonunda

16 Mart 2018 17:12

Azərbaycanı regionda özünün əsas tərəfdaşı hesab edən əksər ölkələr heç də bütün hallarda tərəfdaşlıq münasibətlərinə əməl etmir, bir çox məsələlərdə ölkəmizə qarşı ikili standartlardan çıxış edirlər. Bu ədalətsiz yanaşmaya həm Avropa mıəkanında, həm də okeanın o tayında rast gəlmək mümkündür.

Azərbaycanın regional sabitliyin qorunmasındakı rolu yüksək qiymətləndirilir

16 Mart 2018 16:59

Azərbaycan tərəfinin müntəzəm olaraq irəli sürdüyü təşəbbüslər, həmin təşəbbüslərin reallaşdırılması məqsədilə atdığı addımlar həm regional, həm də beynəlxalq aləmdə sülhə və təhlükəsizliyə öz töhfəsini verir. İstər siyasi, istər, iqtisadi, istərsə də humanitar səhələri əhatə edən bu təşəbbüslər dünya birliyi, ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilir, yüksək qiymətləndirilir.

Prezident xəstəxanaya yerləşdirilən türkiyəli deputatla şəxsən maraqlanıb

16 Mart 2018 16:55

Prezident İlham Əliyev bu gün VI Qlobal Bakı Forumunun gedişində çıxış edərkən qəfildən halı pisləşən İslam Əməkdaşlığı Təşkilatının Baş katibi, türkiyəli deputat Əkmələddin Ehsanoğlunu şəxsən nəzarətə götürüb.

"Onlar savadsız soydaşlarımızı da öz maraqlarına alət edirlər"

16 Mart 2018 16:43

"Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələrin təsiri altına düşərək ölkəmiz əleyhinə çıxan savadsız soydaşlarımızla bağlı xarici ölkələrin Bakıdakı səfirliklərinə müraciət edilib".

Zakir Həsənov: “Təlimlər Azərbaycan Ordusunun döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyini bir daha sübut etdi”

16 Mart 2018 16:07

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Azərbaycan Ordusunun rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirakı ilə genişmiqyaslı təlimlərin yekunlarına dair xidməti müşavirə keçirilib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki,  müşavirədə çıxış edən Müdafiə naziri təlimlərin nəticələrini təhlil edərək bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlar və təlim sahələrində keçirilən genişmiqyaslı təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

Seçki komissiyalarının mühafizəsini 12 mindən çox polis əməkdaşı təmin edəcək

16 Mart 2018 16:03

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri zamanı dairə və məntəqə seçki komissiyalarının mühafizəsini 12 mindən artıq polis əməkdaşı təmin edəcək.

Siyasi ekspert: "Azərbaycanın seçki qanunvericiliyi bazası məhz demokratik dəyərlərə söykənir"

16 Mart 2018 15:56

“Azərbaycan mütərəqqi və demokratik, eləcə də dövrün qlobal çağırışlarına cavab verən ölkə olaraq beynəlxalq aləmdə də öz sözünü deməkdədir. Sosal, iqtisadi, siyasi, mədəniyyət, idman və s. sahələrdə əldə edilən davamlı nailiyyətlər, eləcə də siyasi sabitlik belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır. Əlbəttə ki, bu danılmaz faktor özünü seçki mühitində də kifayət qədər təsdiq edir”.

İaşə (əslində, zibillik) müxalifətçiliyi…

16 Mart 2018 15:21

Müxalifətçilik də ədəb məsələsidir. Əxlaq məsələsidir. Dünyanın bir çox dövlətlərində bunun belə olduğunu görürük, təqdir edirik. Müxalif dediklərimiz hakimiyyət iddialarını açıq bəyan edir, xalqla təmasda olur, hakimiyyətin davranışlarını ağılla, təmkinlə təhlil və tənqid edirlər. Əlavə olaraq özləri hakimiyyətdə olsaydılar nəyi necə edəcəklərini də ağlabatan bir şəkildə açıqlayırlar. Belədə xalqın müqayisə edib seçmək imkanı yaranır. Seçmək üçünsə normalda seçkiləri gözləyirlər. Bir dönəm hakimiyyətdə olub xalqın etimadını doğrultmamış siyasətçilər səhnəni tərk edir və müxaliflər onların yerinə gəlir.

Fazil Mustafa: “Hökumətin hesabatının forma və məzmunu dəyişməlidir”

16 Mart 2018 15:13

“Hökumətin hesabatının forma və məzmunu dəyişməlidir. Hesabatda ayrı-ayrı sahələr üzrə hədəf göstəriciləri də burada göstərilməlidir. Yalnız bu zaman nəticə əsaslı hesabat ola bilər”.

Dağlıq Qarabağ tənzimlənməsində ən aktiv iştirak imkanlarından biri Gürcüstana məxsusdur

16 Mart 2018 14:37

Rəsmi Yerevan Gürcüstanın baş naziri Q.Kvirikaşvilinin Ermənistana səfəri barədə qeyri-standart rezüme yaydı. Səfər başa çatdıqdan bir neçə gün sonra “Haykakan Jamanak” qəzeti “Gürcüstan əlverişli və etibarlı namizəddir” adlı məqalə nəşr etdi. “Haykakan Jamanak” rəsmi Yerevanın əlində insayder məlumatları və şərhləri dövriyyəyə buraxmaq üçün istifadə olunan 3 KİV-dən biridir.