Siyasət
Dağlıq Qarabağ tənzimlənməsində ən aktiv iştirak imkanlarından biri Gürcüstana məxsusdur
Rəsmi Yerevan Gürcüstanın baş naziri Q.Kvirikaşvilinin Ermənistana səfəri barədə qeyri-standart rezüme yaydı. Səfər başa çatdıqdan bir neçə gün sonra “Haykakan Jamanak” qəzeti “Gürcüstan əlverişli və etibarlı namizəddir” adlı məqalə nəşr etdi. “Haykakan Jamanak” rəsmi Yerevanın əlində insayder məlumatları və şərhləri dövriyyəyə buraxmaq üçün istifadə olunan 3 KİV-dən biridir.
Sabiq prezident: “Bəzi ölkələrdə kilsə Avropa İttifaqının yüksək dəyərlərinə inteqrasiyanı dəstəkləmir”
VI Qlobal Bakı Forumu çərçivəsində “Balkan regionun indiki və gələcək vəziyyəti: regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi?” adlı panel keçirilib. Bosniya və Herseqovinanın keçmiş baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən paneldə Balkan regionunda təhlükəsizlik və iqtisadi inkişafla bağlı müzakirələr aparılıb.
Moldova prezidenti: "Dnestryanı münaqişəsinin həllinə yaxınıq"
"Ötən il Azərbaycana və Ermənistana rəsmi səfərlərin zamanı prezidentlərlə Dağlıq Qarabağ münaqişəsini çox detallı müzakirə etdik". Məlumata görə, bu sözləri Moldova prezidenti İqor Dodon deyib.
Burbulis: "İnanıram ki, Azərbaycan və Ermənistan razılığa gələ bilər"
"Azərbaycan və ErmənistanDağlıq Qarabağ probleminin həlli ilə bağlı razılığa gələ bilər". Bunu Rusiyanın sabiq dövlət katibi Gennadi Burbulis deyib. "Elə bir tarixi münaqişə, problem yoxdur ki, onu həll etmək mümkün olmasın.
Prezidentdən AZƏRTAC-la bağlı SƏRƏNCAM
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edilib. Digər sərəncamla Dağbəyi İsmayılov və Sevinc Abdullayeva İdarə Heyəti sədrinin müavinləri təyin olunublar.
Müdafiə naziri cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub.“OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, uçuş və texniki heyətlə görüşən Müdafiə naziri ordu aviasiyasının döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv tətbiqi vəziyyətini yoxlayıb.
Nazir: "Suriyada terrorçuları dinc sakinlərdən ayırmaq üçün strategiya hazırlamaq lazımdır"
Suriyada, o cümlədən Şərqi Qutada terrorçuları dinc sakinlərdən ayırmaq üçün strategiya hazırlamaq lazımdır. Məlumata görə, bunu Astanada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyə XİN: “Sürix protokolu” Türkiyədən çox, Ermənistanın xeyrinə idi
“Türkiyə ilə Ermənistan arasında imzalanmış “Sürix protokolu” qüvvəyə minməmiş olsa da, Ermənistan tərəfinin seçki ərəfəsində belə bir addım atması xoş deyildi”. Bunu Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız Ermənistanın iki ölkə arasında 2009-cu ildə Sürixdə imzalanmış protokoldan imtina etməsi ilə bağlı sualın cavabında deyib.
Azərbaycan regional və beynəlxalq məsələlərin müzakirə edildiyi məkana çevrilib
Azərbaycan yerləşdiyi coğrafiyada oynadığı rol, malik olduğu nüfuz, eyni zamanda nümayiş etdirdiyi mövqeyə görə mühüm məsələlərin müzakirə edildiyi, çoxtərəfli əməkdaşlıq təşəbbüslərinin reallaşdırıldığı məkana çevrilib. Son iki ildə dünyanın əsas iki güc mərkəzi, Rusiya və Birləşmiş Ştatların hərbi rəsmilərinin bir neçə dəfə Bakıda bir araya gəlməsi, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan, həmçinin digər formatlarda keçirilən görüşlər bunun əyani sübutudur. Bundan başqa Azərbaycan müntəzəm olaraq dinlərarası, mədəniyyətlərarası forumlara evsahibliyi edir ki, bu da öz növbəsində ölkəmizin qlobal məkanda dialoqa, barışa, qarşılıqlı anlaşmaya üstünlük verdiyinin göstəricisidir.
Məmmədyarov: "İraqda olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün İşçi qrup yaradılıb"
Azərbaycan Xarici İşlər Nazirliyiİraqda olan Azərbaycan vətəndaşlarının geri qaytarılması məsələsini diqqətdə saxlayır. Xarici işlər naziri Elmar Məmmədyarovdeyib ki, Azərbaycanın İraqdakı səfirliyi bununla məşğuldur: “Bu, o qədər də asan məsələ deyil. Orada uşaqlar, qadınlar var. Biz oradakı yerli hakimiyyətlə əlaqədəyik. İlk növbədə araşdırılmalıdır ki, onlar İraqa niyə gediblər, hansı fəaliyyətlə məşğul olublar?”.
Nazir: "Seçkilərdən sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik"
"Həmsədrlər regiona sonuncu dəfə gələndə razılığa gəldik ki, seçkilər keçsin, sonra intensiv şəkildə danışıqları davam etdirəcəyik". Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, nazirlərin və prezidentlərin sonuncu görüşlərində həmsədrlər tərəfindən məsələnin yerindən tərpədilməsi üçün kreativ fikirlər səsləndirilib. "Hər iki ölkədə yeni hökumət qurulandan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik", - deyə o qeyd edib.
Albaniya prezidenti: “Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq”
“VI Bakı Qlobal Forumunu yüksək qiymətləndirirəm”. Bunu Albaniya prezidenti İlir Meta deyib.
Nazir: “Heç bir ölkə BMT TŞ-nin qətnamələrinin icrasına yardım göstərməyib”
BMT TŞ-nin Dağlıq Qarabağmünaqişəsi ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, bunlarla yanaşı, 5783 saylı qətnamə də var.
Lavrov səhnəyə çıxan zaman ayağı ilişib yıxıldı – VİDEO
Ermənilər yenə ağır texnikaya əl atdı
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub.














