Siyasət

Ermənilər yenə ağır texnikaya əl atdı

16 Mart 2018 11:24

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub.

Prezident İlham Əliyev Paraqvay Senatının sədrini qəbul edib

16 Mart 2018 11:18

Prezident İlham Əliyev martın 16-da Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezi qəbul edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Rusiyanın sabiq dövlət katibi: “Dünyada iki böyük imperial güc var: facebook və google”

16 Mart 2018 11:09

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən VI Qlobal Bakı Forumu bu gün “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panellə davam edib. Məlumata görə, panelin moderatoru Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmir Musa regional təhlükəsizliyə təhdid olan ikiqütblülükdən danışıb.

Livanın sabiq baş naziri: "Regionda baş verənlərin kökündə Fələstin mübahisəsinin həll olunmaması dayanır"

16 Mart 2018 11:06

"Osmanlı İmperiyası dağılandan sonra regionda siyasi faciələr, siyasi şoklar baş verdi. Bölgəyə müdaxilələr oldu və bu, üç qitədə baş verdi. Sivilizasiyalar silkələndi. Bütün bunlar ötən əsrin 40-cı illərindən sonra geniş vüsət aldı”. Məlumata görə, bunu Livanın sabiq baş naziri Fuad Siniora Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən VI Qlobal Bakı Forumunda “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı paneldə deyib.

“Əminəm ki, seçkilərindən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq”

15 Mart 2018 19:11

“Əminəm ki, prezident seçkilərindən sonra da Azərbaycan iqtisadiyyatı inkişaf tempini qoruyub saxlayacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq”. 

Prezident İlham Əliyev yeni medal təsis edilməsi ilə bağlı qanunu təsdiqləyib

15 Mart 2018 19:09

Prezident İlham Əliyev “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

Sekuta martın sonunda ABŞ-ın Azərbaycanda səfiri vəzifəsindən gedir

15 Mart 2018 18:51

"Səfir Robert F. Sekuta Azərbaycanda üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra, Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə, daha sonra isə diplomatik xidmətini başa vurub təqaüdə çıxmağa qərar verib". 

“Ermənistan bu gün kənar dövlət olaraq Azərbaycan ərazilərinə iddialar irəli sürür”

15 Mart 2018 18:27

"Bu gün Azərbaycanda 10 milyon əhali var, titul nümayəndələri 8 milyondan artıqdır, qalanlar isə etnik azlıqlardır. Onlardan 4-nün sayı 100-200 mindən artıq, 5-nin sayı 20-50 minə qədər, qalan 30-a qədər milli azlıqların sayı 10 minə qədərdir. Gördüyünüz kimi ölkəmizin etnik tərkibi kifayət qədər zəngin və qarışıqdır”. 

Kərimlini "biliyi" peşman etdi: yenə alınmadı

15 Mart 2018 17:59

AXCP sədri Əli Kərimlinin yalnız mitinqlərdə, müsahibələrdə, bir də öz kiçik və rəngli dünyasında "siyasi lider" olması ilə bağlı gümanlar günbəgün güclənir.

Vicdanını xaricə satan müxalifət

15 Mart 2018 17:56

Uğursuzluqla nəticələnən "mitinq"dən sonra müxalifət düşərgəsində hər kəsə məlum olan acınacaqlı proseslər daha ağır forma almağa başlayıb. Bu baxımdan, mitinq təşkilatçıları bir-birinin ünvanına müxtəlif ittihamlar səsləndirirlər.

"İpək Yolunun bərpası üçün hökumətlərin göstərdikləri səyləri dəstəkləyirik"- Bakı bəyannaməsi

15 Mart 2018 17:07

ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Bakı Bəyannaməsi qəbul olunub.

Yuşşenko: "Rusiya hegemon güc ola bilməz"

15 Mart 2018 17:00

"Biz Dağlıq Qarabağ, Donbas və bir çox münaqişələrin kökünə baxanda qəmgin cavabla rastlaşırıq". Bunu Ukraynanın sabiq prezidentiViktor Yuşşenko deyib. O bildirib ki, bu gün Avropa institutları və BMT-nin simasında elə bir mexanizm yoxdur ki, bu problemləri həll edə bilsin: "26 ildir ki, Dağlıq Qarabağda yaşanan şəri şər adlandıra bilmirik. Bu məsələlərə fərqli yanaşmalar sərgilədiyimiz üçün bunlar həllini tapmır. Başa düşməliyik ki, konflikti dayandırmağın yolu həmrəy olmağımızdır".