Siyasət
Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycanda seçki məntəqələri açılacaq
Martın 18-də Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıda seçki məntəqəsi açılacaq. Məlumata görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Andrey Mixalski bildirib.
İlham Əliyev Merkelə məktub göndərdi
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Monteneqro Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Monteneqro Parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, sədr bildirib ki, aparılan danışıqlar əlaqələrimizin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“ABŞ ermənilərə mükafat verincə törətdikləri cinayətə görə cavab verməyə çalışsın”
“Azərbaycan ilə Türkiyə regional təhlükəsizliyin təmin edilməsi və terrorla mübarizədə birgə çalışır”. Bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, ABŞ Dağlıq Qarabağdakı ermənilərə mükafat vermək əvəzinə, onların törətdikləri cinayətə görə cavab vermələrinə çalışmalıdır.
Prezident İlham Əliyev Makedoniya prezidenti ilə görüşüb
Prezident İlham ƏliyevMakedoniya Respublikasının prezidenti George İvanov ilə görüşüb. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Lavrov: "Xəzər dənizinin statusu barədə konvensiya bu il imzalanacaq"
Xəzər dənizinin statusu barədə konvensiya bu il imzalanacaq. Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
Sarkisyanın yeni “Qarabağ oyunu”
Məlum olduğu kimi Ermənistanda ilk dəfə olaraq dövlət başçısı ümumxalq seçkisi ilə deyl, parlamentdəki səsvermə ilə seçilib. Artıq işğalçı dövlətin yeni prezidenti bu ölkənin Böyük Britaniyadakı 65 yaşlı səfiri Armen Sarkisyandır. 1996-cı ilin noyabrın 8-dən 1997-ci ilin fevralın 28-dək Ermənistanın baş naziri olmuş A.Sarkisyan gizli səsvermənin nəticələrinə görə, düşmən ölkənin 4-cü prezidenti seçilib.
Beynəlxalq aləmdə de-fakto tanınan Azərbaycan yalnız 23 ay müstəqil ola bildi
Azərbaycan Xaıq Cumhuriyyəti Parlamentinin və hökumətinin qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycan istiqlaliyyətinin beynəlxalq aləmdə tanınması idi. Xarici siyasətdə ilk addım olaraq Azərbaycan Respublikasının yaranması barədə dünya ölkələrinin xarici işlər nazirliklərinə məlumat verilməsi oldu. Lakin paytaxtın Gəncədə yerləşməsi və xarici dövlətlərdə nümayəndəliklər yaradılması ilə əlaqədar olan çətinliklər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı Osmanlı dövlətinə müraciət etməsinə səbəb oldu.
Milli Şura martın 17-nə təyin etdiyi mitinqdən imtina edib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 17-də mitinq keçirməsi ilə bağlı müraciətə cavab verib. BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov bildirib ki, meriya aksiyanın martın 17-də keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.
Binəli Yıldırım: “Azərbaycana təhdid olarsa, qarşılığı mütləq veriləcək”
“Türkiyə və Azərbaycan regional təhlükəsizlik məsələləri və terrorla mübarizədə əməkdaşlıq edir”. Bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, Qarabağ məsələsi Azərbaycanın haqlı məsələsidir: “Azərbaycan ərazilərinin iyirmi faizi işğal edilib. Bir milyon insan qaçqın vəziyyətinə düşüb. Bu problemin həllində Türkiyə Azərbaycanın yanındadır. Azərbaycanda soyqırım törədilib və bunu edən Ermənistan qarşılığını görməlidir. Gec də olsa, Azərbaycan istəyinə çatacaq. Azərbaycanın haqlı olduğunu beynəlxalq aləmdə hamı bilir. Dost və qardaş Azərbaycana təhdid olarsa, qarşılığını mütləq görəcəklər”.
Düşmən 96 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.
SON DƏQİQƏ: İlham Əliyev bu məmura mühüm vəzifə verdi
Azərbaycan prezidenti İran XİN rəhbərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.














