Siyasət
İran XİN rəhbəri: “Beynəlxalq hüquqa hörmət ölkələrin ərazi bütövlüyünə hörməti daha da gücləndirəcək”
“Çoxtərəfli iclasın Bakıda keçirilməsi üçün şadam. Dost və qonşu Azərbaycan xalqına təşəkkür edirəm. Biz regional əməkdaşlığa sadiqliyimizi təsdiq edirik. İran güclü regiona inanır. İstəyirik ki, ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıqlar formalaşsın”. Məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir: "Azərbaycan yeni nəqliyyat dəhlizi təklif edir"
“Biz cənubdan qərbə yeni nəqliyyat dəhlizi təklif edirik. Siyasi mövqeyimizi Xarici İşlər Nazirliyi səviyyəsində açıqladır”. Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin görüşündə Bakı Bəyannaməsi qəbul edilib
Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin bu gün Bakıda keçirilən birinci dördtərəfli görüşündə Bəyannamə qəbul edilib. Məlumata görə, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze iştirak edib.
Seçkilərə hazırlıq prosesində heç bir gecikmə yoxdur
17 saylı Yasamal III seçki dairəsində aprelin 11-də keçiriləcək prezident seçkisinə hazırlıq işləri davam edir. Dairə seçki komissiyasının sədri Qədir Kərimovun sechki-2018.az saytına verdiyi məlumata görə, dairə üzrə 28 məntəqə yaradılıb. 10 məntəqədə veb-kameralar quraşdırılıb.
Türkiyə ordusu davamlı sülh əldə olunana qədər Suriyada qala bilər
Azərbaycan prezidenti albaniyalı həmkarı ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev Albaniya prezidenti İlir Meta ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Yıldırım: “Azərbaycan və Gürcüstanla birgə Qafqaz regionunun təhlükəsizliyi üçün ciddi addımlar atırıq”
"Myanmada, Qarabağda baş vermiş qətliam, soyqırımı bizim problemimiz deyil deməklə, haqsızlığa, işğala səssiz qalmaqla, regionda, dünyada sülhü bərqərar etmək mümkünsüzdür". Bunu “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində “Güc anlayışı: böyük güclər və digərləri” paneldə Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Prezident Beynəlxalq Türk Akademiyasının prezidentinə “Dostluq” ordeni təqdim edib
Prezident İlham Əliyev martın 15-də Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə “Dostluq” ordeni təqdim edib. D. Kıdırəli bu ordenə türkdilli respublikalar arasında mədəni inteqrasiya istiqamətindəki xidmətləri ilə əlaqədar layiq görülüb.
Zaxarova: "Moskvada Artsax Respublikasının heç bir nümayəndəliyi yoxdur"
"Moskvada Artsax Respublikasının heç bir nümayəndəliyi mövcud deyil". Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Bakıda “yol xəritəsi” imzalanacaq – Çavuşoğlu
Bu gün Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin dördlük formatında ilk görüşünü keçirəcəyik. Görüşdə "yol xəritəsi" imzalanacaq. Məlumata görə, bunu Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Ukraynalı ekspert: “Azərbaycanda demokratik seçki ənənələri var”
“Azərbaycanda seçkiöncəsi vəziyyət sabitdir, heç bir gərginlik gözlənilmir. Düşünürəm ki, seçki prosesi məhz belə sabit məcrada davam edəcək”.
Eldar Mahmudov məhkəmə hakimlərini şantaj edir - sensasion iddia
Latviyanın sabiq prezidenti: "Etibarlı cəmiyyətin yaradılması üçün fərqlilikləri qəbul etmək lazımdır"
"Artıq 6-cı dəfədir keçirilən Qlobal Bakı Forumunun iştirakçılarının sayı artır". Məlumata görə, bunu bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Latviyanın sabiq prezidenti (1999-2007) Vayra Vike-Frayberqa “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.
Roma Papası: "VI Qlobal Bakı Forumu mühüm beynəlxalq platformadır"
Bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində Roma Papası Fransiskin müraciəti oxunub. Məlumata görə, Roma Papası müraciətində VI Qlobal Bakı Forumunun mühüm beynəlxalq platforma olduğunu vurğulayıb.
Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim olunub
Azərbaycanın I vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim edilib. Məlumata görə, M. Əliyeva təhsil və mədəniyyətə verdiyi töhfələrə görə bu mükafatla təltif edilib. Təqdimat bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda baş tutub.











.jpg)


