Siyasət

Elman Məmmədov: "Biz elə ATƏT kimi riyakar, muzdlu beynəlxalq qurumların saxta fəaliyyəti nəticəsində didərgin düşmüşük"

13 Aprel 2018 12:17

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda prezident seçkiləri ilə bağlı yaydığı bəyanat ictimaiyyət nümayəndələri və jurnalistlərlə yanaşı, 30 ildir ki öz doğma yurd-yuvalarından didərgin salınmış məcburi köçkünlərin kəskin etirazına da səbəb olub.

Tatarıstan Prezidenti: "Azərbaycan xalqı Prezident İlham Əliyevin Azərbaycan dövlətinin inkişafına yönəlmiş kursunu dəstəklədi"

13 Aprel 2018 12:15

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

BƏƏ mətbuatında prezident seçkiləri ilə bağlı daha bir məqalə dərc olunub

13 Aprel 2018 12:07

Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri mətbuatında dərc edilmiş sislsilə məqalələrin ardı olaraq ölkənin nüfuzlu ərəbdilli “Əl-Fəcr” qəzetinin 12 aprel tarixli sayında “Seçkilər şəffaf və demokratik şəraitdə keçirilir. Azərbaycanlılar seçkilərə İlham Əliyevin daxili və xarici siyasət sahəsindəki uğurlarına referendum kimi baxırlar” sərlöhvəli yeni məqalə dərc olunub.

Politoloq: "ATƏT DTİHB həmişə Azərbaycana əvvəlcədən hazırlanmış qərəzli hesabatla gəlir"

13 Aprel 2018 11:35

Biz dəfələrlə şahidi olmuşuq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçirilən seçkilərlə bağlı mənfi mövqe ortaya qoyub və bir çox hallarda Azərbaycanda seçkiləri müşahidə etmək üçün gələrkən artıq hazır hesabatları olub.

Vüqar Rəhimzadə: “Bu, onların ucuz və köhnə taktikasıdır”

13 Aprel 2018 11:24

“Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının əsas tərkib hissəsi olan vətəndaşların seçki hüququ ən yüksək səviyyədə təmin olunub. Ölkəmizdə keçirilən bütün seçki proseslərində biz bunu müşahidə edirik. Bütün texniki imkanlar ən yüksək səviyyədə təmin edilir və insanlar sərbəst, azad şəkildə səs verirlər.

İlham Əliyev: "Mən həmişə Azərbaycan xalqının dəstəyinə arxalanmışam" - FOTO/VİDEO

13 Aprel 2018 09:11

Heydər Əliyev Mərkəzinin qarşısında ötən gün keçirilən prezident seçkilərində qazanılan qələbə ilə bağlı tədbir keçirilib. Qələbə münasibəti ilə təşkil edilən konsert proqramını tanınmış şoumen Murad Dadaşov aparıb. Tədbirdə bir çox sənətçilər iştirak edib.

Binəli Yıldırım İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib

12 Aprel 2018 19:36

Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Məlumata görə, B. Yıldırım İlham Əliyevə prezident seçkilərində inamlı qələbə qazanması ilə əlaqədar təbriklərini çatdırıb, Azərbaycan xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyevgöstərilən diqqətə və təbrikə görə Binəli Yıldırıma minnətdarlığını bildirib.

İtaliyalı müşahidəçilər: "Azərbaycanda prezident seçkilərində KİV-lərin işi üçün bütün şərait yaradılmışdı"

12 Aprel 2018 19:34

Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə təəssürat müsbətdir. Məlumata görə, bunu mətbuat konfransında İtaliya parlamentinin üzvü Luici Nevolla deyib. L.Nevollanın sözlərinə görə, seçkilər beynəlxalq hüquq və qanunlara uyğun keçirilib və heç bir pozuntu qeydə alınmayıb: "Seçkilər nizam-intizamla keçirildi, KİV-lərin işi üçün bütün şərait yaradılmışdı, heç bir maneə törədilmirdi".

Araz Əlizadədən SƏRT SÖZLƏR: "ATƏT başını daşa döyüb..."

12 Aprel 2018 19:25

“ATƏT-in kiməsə irad tutmağa nə haqqı, nə də ixtiyarı var”. Bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ATƏT-in Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı yaydığı bəyanatı şərh edərkən deyib.