Diasporla İş üzrə Dövlət Komitəsinin yeni saytı yaradılır

Dövlət Komitəsi bununla bağlı loqo seçimi üçün müsabiqə elan edir. Komitənin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, müsabiqədə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı iştirak edə bilər.

Loqo harada yaşamasından asılı olmayaraq, hər bir dünya azərbaycanlısının Azərbaycana və Azərbaycançılıq ideologiyasına sadiqliyini, məsuliyyətini, dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətimizin hər bir azərbaycanlıya görə cavabdehlik daşıdığını özündə ehtiva etməlidir. Ümumilikdə loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi mühüm məqamlar əksini tapmalıdır.

Loqonun eskizi A4 formatda kağızda, CD disk şəklində və ya PDF formatında [email protected] elektron ünvanına və ya Komitənin rəsmi https://m.facebook.com/AzDiaspora/?ref=bookmarks facebook ünvanına təqdim edilməlidir.

Müsabiqənin qalibinə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi mükafatı təqdim olunacaq.

Müsabiqə 05 May 2018-ci il, saat 18:00-da yekunlaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31