"AŞPA-nın mövqeyi ikili standartından başqa bir şey deyil”
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı sonuncu qətnaməsi bir sıra düşündürücü məqamları ortaya qoydu. Bu təkcə Azərbaycana qarşı ikili standartın təzahürü deyil, eyni zamanda Avropa Şurasının özünün 60 ilə yaxın bir dövr ərzində dünyanın başqa ölkələrinə təlqin etmək istədiyi müxtəlif dəyərlərin ikili standartından başqa bir şey deyil”. Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
30 Aprel 2018 14:52 Siyasət"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı sonuncu qətnaməsi bir sıra düşündürücü məqamları ortaya qoydu. Bu təkcə Azərbaycana qarşı ikili standartın təzahürü deyil, eyni zamanda Avropa Şurasının özünün 60 ilə yaxın bir dövr ərzində dünyanın başqa ölkələrinə təlqin etmək istədiyi müxtəlif dəyərlərin ikili standartından başqa bir şey deyil". Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Avropa Şurası bütün fəaliyyəti boyu insan haqqları, demokratiya və parlamentarizmin inkişafı ilə bağlı meydana çıxan çətinliklərin, problemlərin həlli üsulları ilə bağlı ölkələr arasında əməkdaşlığı inkişaf etdirir: "Maraqlıdır ki, parlamentarizmin inkişaf yollarında Ermənistan kimi ortaya əcaib bir təcrübə qoymuş ölkəyə münasibətdə Avropa Şurası bu qədər prinsipial davranmadı. Bəllidir ki, Ermənistan parlamentarizm demokratiyası adı altında özü də bir şəxsin hakimiyyətinin ömrünü uzatmaq kimi oyun oynadı. Amma Avropa Şurası bu məsələdə heç də prinsipiallıq göstərmədiyi halda Azərbaycana münasibətdə özü də şəffaf olmayan, ciddi görünməyən və şübhəli mənbələrin rəyləri əsasında ciddi bir hesabat, qətnamə qəbul etməsi olduqca düşündürücüdür. Beynəlxalq miqyasda Azərbaycanla əlaqəli bir qədər münbit şərait yarananda Avropa təşkilatlarından müxtəlif belə qeyri-obyektiv, tənqidi rəylər meydana çıxır.
2017-ci ilin avqustunda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland Qarabağ problem ilə bağlı bütün prosesin məntiqinə və beynəlxalq hüquq normalarına uyğun açıqlamalar verəndə, o zaman da Avropa Parlamenti sentyabr ayında qərəzli bir qətnamə qəbul etdi. Bu dəfə də həm Ermənistanda gedən proseslər, həm də Azərbaycan seçkilərin olduqca sabit şəraitdə yekunlaşması, ölkənin beynəlxalq manevr imkanlarını bir qədər yaxşılaşdırdığı vaxtda belə bir qərəzli qətnamənin meydana çıxması təsadüf deyil". Sia.az