Çinlə hərbi sahədə əlaqələrin inkişafı Ermənistanı təşvişə salıb

Azərbaycan 20 ildən artıqdır ki, Ermənistanla müharibə şəraitində olduğundan öz hərbi qüdrətini ildən-ilə artırmaq, yeni silah-sursat almaq mıəcburiyyətində qalır. Son illər bu sahədə dünyanın hərbi cəhətdən qabaqcıl ölkələri ilə qurulan əlaqələr, ikitərəfli qaydada hərbi əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın hərbi qüdrəti və potensialının artması fonunda özünü aydın şəkildə göstərir. Bu günlərdə rəsmi Bakı hərbi sahədə daha bir uğurlu addım atıb desək yanılmarıq.

Azərbaycan 20 ildən artıqdır ki, Ermənistanla müharibə şəraitində olduğundan öz hərbi qüdrətini ildən-ilə artırmaq, yeni silah-sursat almaq mıəcburiyyətində qalır. Son illər bu sahədə dünyanın hərbi cəhətdən qabaqcıl ölkələri ilə qurulan əlaqələr, ikitərəfli qaydada hərbi əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın hərbi qüdrəti və potensialının artması fonunda özünü aydın şəkildə göstərir. Bu günlərdə rəsmi Bakı hərbi sahədə daha bir uğurlu addım atıb desək yanılmarıq. Söhbət Azərbaycanla Çin Xalq Respublikası arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilmıəsindən gedir. Məlumat üçün qeyd edək ki, bu məqsədlə bu günlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov Çin Xalq Respublikasına səfər edib və bu ölkədə bir sıra vacib görüşlər keçirib. Zakir Həsənovun Çinin Dövlət Şurasının üzvü, bu ölkənin milli müdafiə naziri general-polkovnik Vey Fenxen ilə keçirdiyi görüşdə və aparılan danışıqlarda qeyd edilən istiqamətdə mümkün əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Çinin Milli Müdafiə naziri iki ölkənin hərbi sahədə əməkdaşlığına toxunaraq bu istiqamətdə böyük potensialın olduğunu bildirib.

V.Fenxe ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyinin dəyişmədiyini, hər zaman olduğu kimi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.

Azərbaycan-Çin münasibətlərində qarşılıqlı etimadın yaradılmasında və əlaqələrin genişlənməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladan general-polkovnik Z.Həsənov bildirib ki, bu dostluq münasibətləri dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında inkişaf etdirilərək yüksək əməkdaşlıq səviyyəsinə çatdırılıb. Ölkələrimizin rəhbərlərinin və rəsmi şəxslərin qarşılıqlı səfərləri artıq daimi xarakter alıb. Bu da öz növbəsində mövcud dostluq münasibətlərinin, əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfədir.

Azərbaycan müdafiə nazirinin Çinə səfəri heç şübhəsiz ki, işğalçı Ermənistanda ciddi narahatçılıqla qarşılanıb. Nəzər alsaq ki, Zakir Həsənov çinli həmkarı ilə keçirilən görüşdə Dağlıq Qarabağ məısələsini də müzakirə edib, o zaman İrəvanın narahatçılığını başa düşmək olar. Qeyd edək ki, Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən işğalçılıq siyasəti təkcə ölkəmiz üçün deyil, bütün regionda sülhə və təhlükəsizliyə ciddi təhdid təşkil edir.

Azərbaycanın Müdafiə naziri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib. Müdafiə naziri xüsusi qeyd edib ki, Azərbaycan da Çin Xalq Respublikasının "Vahid Çin" siyasətinə hörmətlə yanaşır, bu konsepsiyanı dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıyır.

Azərbaycan müdafiə nazirinin Çinə səfərinin xüsusi əhəmiyyətli tərəfi ondan ibarətdir ki.  dostluq və qarşılıqlı etimad şəraitində keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edildiyi görüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair  sənəd imzalanıb.

Azərbaycan müdafiə nazirinin Çin Xalq Respublikasına səfəri və bu ölkə ilə hərbi sahədə imzalanan sazişə diqqət çəkən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, müdafiə naziri Zakir Həsənovun Çinə səfəri bir çox aspektdən Azərbaycan üçün vacibdir. Onun sözlərinə görə, ilk növbədə Çin dünyanın aparıcı dövlətlərindən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür: "Doğrudur, Çin dünyada daha çox iqtisadi gücü ilə tanınıb. Ancaq bu dövlətin hərbi qüdrəti də hər keçən gün artır. Çinin güclü hərbi-sənaye kompleksi var, müxtəlif növ silah və hərbi texnika istehsal edir. Bu baxımdan Azərbaycanın Çinin hərbi-sənaye kompleksinə artan marağı normaldır. Biz bu ölkədən müxtəlif növ silahlar ala bilərik. Təsadüfi deyil ki, müdafiə naziri Zakir Həsənovun Çinə səfərinin əhəmiyyətli hissəsinə bu ölkədəki hərbi sənaye kompleksinə aid müəssisələrin ziyarəti daxil idi. İkincisi, biz Rusiyadan çox silah aldıq. Rusiyadan silah və hərbi texnika asılılığımızı azaltmalıyıq. Həm də Rusiyanın bizə göndərdiyi silah və hərbi texnikanın keyfiyyətindəki qüsurlar barədə də müxtəlif xəbərlər var. Necə ki, enerji resurslarımızın dünya bazarlarına çatdırılmasını şaxələndirmişik və bir dövlətdən asılı deyilik, eləcə də silah və hərbi texnika alışında bir dövlətdən asılı olmamalıyıq. Ona görə də Çinin silah bazarı bizi cəlb edir. Həm də biz Çindən silah alsaq Rusiya buna etiraz edə bilməyəcək. Çünki Çin hansısa Qərb ölkəsi deyil. Çin sözdə Rusiyanın strateji tərəfdaşıdır və strateji müttəfiqinin Azərbaycana silah satışına etiraz edə bilməz. Eyni məntiqlə Rusiya Azərbaycanın Belarusdan raket komplekslərinin alışına da etiraz edə bilməz, etməməlidir. Çünki Belarus da sözdə Rusiyanın strateji tərəfdaşıdır". Politoloq deyib ki, Zakir Həsənovun Çinə səfərinin bir başqa əhəmiyyəti də var: "Ermənistanda xaosdur, hakimiyyət boşluğudur. Ən çox qorxduqları da Azərbaycan ordusunun bundan istifadə edərək işğal edilən torpaqları azad etmək məqsədilə hücum əməliyyatına başlamasıdır. Qoy daima bu psixoloji təzyiq altında olsunlar və belə bir məqamda Zakir Həsənovun Çinə səfəri və bu ölkədən hərbi texnikanın alışı ilə bağlı fikir mübadiləsini aparması Ermənistan cəmiyyətinə növbəti mesajımızdır ki, biz müharibə hazırlıqlarımızı davam etdiririk, bundan gərəkli nəticə çıxarın".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31