AntiAzərbaycan kampaniyasını doğuran səbəblər və onun uğursuz nəticələri
Azərbaycana qarşı yeni bir kampaniyaya start verilib. Ənənəvi kampaniyalardan biridir. Məqsəd və hədəfi də bəlli. Ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək, onun siyasi reputasiyasına zərbə vurmaq, Azərbaycan barədə mənfi rəy formalaşdırmaq. Əslində gözlənilən idi. Çünki elə bu kampaniyanın birinci mərhələsi Azərbaycan üçün mühüm siyasi əhəmiyyət kəsb edən president seçkilərindən əvvəl başlamışdı. Hələ seçki məsələsi gündəmə gələr-gəlməz hər zaman ac-yalavac tülkü kimi pusquda dayanan Qəbdəki, Avropadakı bəzi antiAzərbaycan dairələr, erməni lobbisinin maraqlarına xidmət edən beynəlxalq əhəmiyyətli sayılan qeyri-hökumət təşkilatları, eləcə də onların Azərbaycandakı radikal siyasi düşərgəni təmsil edən nökərləri dərhal əvvəlcədən hazırladıqları ssenari əsasında Azərbaycana qarşı kampaniyaya başladılar.
30 Aprel 2018 12:46 SiyasətAzərbaycana qarşı yeni bir kampaniyaya start verilib. Ənənəvi kampaniyalardan biridir. Məqsəd və hədəfi də bəlli. Ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək, onun siyasi reputasiyasına zərbə vurmaq, Azərbaycan barədə mənfi rəy formalaşdırmaq. Əslində gözlənilən idi. Çünki elə bu kampaniyanın birinci mərhələsi Azərbaycan üçün mühüm siyasi əhəmiyyət kəsb edən president seçkilərindən əvvəl başlamışdı. Hələ seçki məsələsi gündəmə gələr-gəlməz hər zaman ac-yalavac tülkü kimi pusquda dayanan Qəbdəki, Avropadakı bəzi antiAzərbaycan dairələr, erməni lobbisinin maraqlarına xidmət edən beynəlxalq əhəmiyyətli sayılan qeyri-hökumət təşkilatları, eləcə də onların Azərbaycandakı radikal siyasi düşərgəni təmsil edən nökərləri dərhal əvvəlcədən hazırladıqları ssenari əsasında Azərbaycana qarşı kampaniyaya başladılar. Ədalətsizcəsinə və qeyri-sivil formada mübarizə apardıqları bir ölkənin qanunvericiliyindən belə xəbərsiz olan həmin dairələr əvvəlcə növbədənkənar prezident seçkilərinin təyin edilməsinin guya qanunauyğunsuzluğunu isbat etməyə çalışdılar. Bu cəhdləri baş tutmadıqda isə seçkilərə qədər namizədliyini irəli sürmək istəyən siyasi partiya və fərdlərə az bir zaman tanındığını iddia etdilər. Daha sonar imzatoplama, təbliğat-təşviqat kampaniyası və s. barədə min cür yalan, iftira uydurdular. Yetər ki, Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkilərinə kölgə salsınlar, hətta buna mane olub ölkəmizlə bağlı öz çirkin oyunlarını oynasınlar. Onu da qeyd etmək lazımdır ki, özünə daha yaxşı həyat tərzi axtarmaq üçün Avtopaya vurmuş tualet müxalifətinin başlamış olduğu söyüş kampaniyası, eləcə də daxildəki Milli Şura adlanan qurumun seçki ərəfəsində keçirdiyi bir neçə etiraz aksiyaları da məlum antiAzərbaycan ssenarinin tərkib hissələrindən idi.
Amma bütün bu cəhdlərə, Azərbaycana qarşı yönəlmiş kampaniyalara baxmayaraq ölkəmiz aprelin 11-də təyin edilən president seçkilərini yüksək səviyədə, azad və demokratik şəraitdə başa vuraraq növbəti müddətə öz prezidentini seçdi. Və bununla da hazırda da davam edən antiAzərbaycan kampaniyasının növbəti mərhələsi başladı.
İndiki mərhələdə Azərbaycana qarşı həyata keçirilən bu kampaniya bir neçə səbəblə bağlıdır.
Birincisi, Azərbaycanın növbəti dəfə azad və demokratik bir şəkildə seçki keçirib dünyaya nümunə göstərilməsi həmin antiAzərbaycan dairələr tərəfindən həzm edilə bilinmir. Nədən ki, həmin qüvvələrin əsas maliyyə mənbəyi və istinad nöqtəsi olan Cənubi Qafqazın digər bir ölkəsində baş tutan aprel seçkisindən sonra hələ də Ermənistanda daxili siyasi gərginlik qalmaqdadır. Bu gün də düşmən ölkədə qarşıdakı müddətdə siyasi proseslərin hansı məcrada davam edəcəyini, bu ölkənin hara gedəcəyini proqnozlaşdırmaq olduqca çətindir. Hər dəfə seçkilərdən sonra daxili siyasi gərinliyin yaşandığı Ermənistandan fərqli olaraq isə Azərbaycanda seçki prosesinin yüksək səviyyədə, azad və demokratik şəkikdə keçirilməsi təbii ki, Qərbdəki, Avropadakı antiAzərbaycan dairələrin ürəyincə deyil və bu səbəbdən ölkəmizə qarşı uzun illərdir həyata keçirilən məkirli kampaniyanın növbəti mərhələsinə start verilib.
Azərbaycana qarşı həyata keçirilən məkirli kampaniyanın digər bir səbəbi ölkəmizdə keçirilən mühüm əhəmiyyətli tədbirlərlə bağlıdır. Bura həm yerli, həm də beynəlxalq əhəmiyyətli tədbirləri əlavə etmək olar. Cari ilin əvvəlindən Azərbaycan bir neçə mühüm əhəmiyyət kəsb edən və beynəlxalq miqyasda kifayət qədər maraqla qarşılanan tədbirlərə evdahibliyi edib ki, bu da prinsip etibarilə ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirib. Heç şübhəsiz ki, bu məqam, Azərbaycanın dünyada mövqelərinin güclənməsi onun düşmənlərini daha da qıcıqlandırır, ona qarşı hücumları artırır. Elə bu səbəbdən də ölkəmizə qarşı yeni bir kampaniyaya start verilib.
Azərbaycana qarşı başlanan kampaniyanın digər bir səbəbi Cənab Prezident İlham Əliyev amili ilə bağlıdır. Məlumdur ki, 2003-ci ildə ümummilli lider Heydər Əliyev dünyasını dəyişəndən sonra Azərbaycanla bağlı məkirli planları olan, daxildəki radikal siyasi qüvvələr və onların Qərbdəki, Avropadakı erməni maraqlarına xidmət edən ağaları düşünürdülər ki, tezliklə Azərbaycanı ələ keçirərək ondan istədikləri kimi yararlana biləcəklər. Lakin 2003-cü ildə İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsi və etimadı ilə hakimiyyətə gəlməsi həmin xain qüvvələrin planlarını pozdu. 15 ildir ki, bu planın xəyalları ilə yaşayan antiAzərbaycan qüvvələrin son ümid yeri aprel seçkiləri idi ki, o da puça çıxdı. İndi qarşıdakı 7 ildə də İlham Əliyevin Azərbaycana rəhbərlik etməsi həmin dairələrin işinə yaramayacaq, onların planlarını pozmuş olacaq. İlham Əliyevin növbəti 7 il ərzində dövlət başçısı olması isə Azərbaycanı daha da gücləndirəcək, inkişaf etdirəcək. Ona görə də antiAzərbaycan qüvvələrin əsas hədəfində deyərdim ki, məhz Cənab Prezident İlham Əliyevdir. İstər seçkilərdən əvvəl Avropadakı tualet müxalifətinin dövlət başçısı ilə bağlı qeyri-etik hərəkətlərə yol verməsi, onu aşağılamağa çalışması, istər Cənab Prezidentin Avropanın müxtəlif ölkələrinə səfərləri zamanı erməni dairələrindən idarə olunan həmin qrupların həyata keçirdikləri təxribatlar, istərsə də digər bu və ya digər məqamlar onu deməyə əsas verir ki, sözügedən qüvvələrin, erməni lobbisinin maliyyəsi əsasənda şəbəkələşmiş dairələrin əsas hədəfində məhz Cənab Prezident İlham Əliyevdir. Çünki İlham Əliyevin düzgün, ardıcıl daxili və xarici siyasəti nəticəsində antiAzərbaycan dairələrin bütün planları ötən illərdə pozulub.
Bu arada onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin dövlət başçısı seçiləndən sonra ilk xarici səfərləri sırasında Avropanın mühüm ölkələrindən biri olan Böyük Brotaniyanın yer alması da bir növ antiAzırbaycançı şəbəkəyə tərs sillə təsiri bağışlamış oldu. Nəzərə alsaq ki, bu səfər birbaşa Böyük Britaniyanın baş nazirinin dəvəti ilə baş tutdu, o zaman antiAzərbaycan şəbəkənin müntəzəm olaraq səsləndirdiyi "Avropada Azərbaycan hakimiyyəti ilə əməkdaşlığa maraqlı deyillər", "Avropada Azərbaycana qarşı münasibət normal deyil" kimi fikirlərin də tamamilə absurd və yersiz olduğunu, heç bir reallığa əsaslanmadığını təsdiqləyə bilərik. Paralel olaraq Avropanın demək olar ki, hər bir ölkə rəhbəri və hökumət başçısı adından Cənab İlham Əliyevə prezident seçilməsi münasibətilə təbrik məktublarının ünvanlanması da deyilənlərin əyani sübutudur.
Göründüyü kimi, Azərbaycana qarşı qurulan oyunun oyunçuları ciddi fiqurlardan ibarət deyil. Deməli, antiAzərbaycançı qüvvələr sırasında bu dəfə də ənənəvi üzvlərdir. "Freedom House", NED, Human Rights Watch və digər bu kimi erməni maliyyəsi ilə fəaliyyət göstərən qurumlar. Hərdən onların sırasına bəzi avropalı siyasilər də qoşulurlar ki, lakin sonradan onlar da yalnış yolda olduqlarının fərqinə varırlar. Elə bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı hazırlanan hesabata qol qoyan bəzi avropalı parlamentarilər də məhz erməni maliyyəsinə aldanan və yalnış yola düşənlərdəndirlər. Hesabatda əsas diqqətin məhz 11 aprel seçkilərinə yönəldilməsi və ondan sonra cərəyan edən proseslərin diqqətə alınması da bir daha onu deməyə əsas verir ki, seçkilərin nəticələrinin antiAzərbaycançı qüvvələrin deyil, xalqın maraqlarına uyğun olması bir çoxlarının yuxusuna haram qatıb və ona görə də ölkəmizə qarşı yeni bir kampaniyaya start verilib.
Bu dəfəki iddialar və "əsaslandırmalara" diqqət çəkək. İddia edilir ki, Azərbaycanda president seçkilərini müşahidə edən avropalı qonaqlara yüksək səviyyədə qonaqpərvərlik nümayiş etdirilib. Başqa bir iddia ondan ibarətdir ki, guya onlara seçkilərin azad və demokratik şəkildə keçirildiyini demələri üçün rüşvət verilib.
Birincisi, müşahidəçilərə yüksək səviyyədə xidmət göstərilməsi Azərbaycan xalqının qonaqpərvərliyindən irəli gəlir. Bəzi avropalılardan fərqli olaraq hətta düşmənimiz belə ölkəmizə səfərə gələndə ona eyni münasibət sərgiləyirik. Bu illər ərzində Ermənistandan qaçıb ölkəmizə sığınan erməni ailələrinə göstərilən ilgi bunun əyani sübutudur. Əgər Azərbaycana bu məsələdə irad tutan şəxslərdə həmin mədəniyyət yoxdursa, bu bizim problemimiz deyil.
İkincisi, yüksək xidmət dedikdə, hər bir beynəlxalq müşahidəçi paytaxtdakı müasir tələblərə, standartlara cavab verən otellərdə yerləşdirilib. Bu da normal bir haldır. Məgər Bakının mərkəzində mərhum Liviya liderinə məxsus çadırlar qurulub, müşahidəçilər orada yerləşdirilməli idi? Yaxud avropalı müşahidəçilər digər ölkələrə seçki müşahidəsi aparmaq üçün getdiyində onlar gecəqonduda, və ya tələbə yataqxanasında yerləşdirilirlər?
Nəhayət, rüşvət iddiasına diqqət çəkək. Birincisi, Azərbaycan qətiyyən bu kimi məsələlərdə maraqlı deyil və kiminsə seçkilərlə bağlı müsbət fikirlər səsləndirməsinə görə hansısa avropalı müşahidəçiyə rüşvət verməsi yalnız iftira, yalan, böhtandır. Azərbaycan seçkiləri azad və demokratik qaydada keçirib, hər kəs də bunun əyani şahidinı çevrilib. Məhdud sayda müşahidəçilərin qeyri-obyektiv şəkildə yanaşımasına qarşı onlara rüşvət təklif edib yola gətirmək cəhdi Azərbaycan reallığı üçün mümkün deyil. Ən əsası korupsiya və rüşvətxorluğa qarşı mübarizəni əsas prioritet hesab etmiş və vəzifə kimi qarşısına qoymuş bir ölkənin özü də avropalı siyasilərə rüşvət təklif etməsi böhtan olduğu qədər də gülüncdür. Digər tərəfdən əgər iddia edildiyi kimi avropalı müşahidəçilərə rüşvət verilib və onlar da qəbul ediblərsə (əslində reallıqda belə bir hal baş verməyib. S.İ) o zaman elə Avropanın özünün korrupsiya və rüşvətə batdığı qənaətinə gələ bilərik. Bu gün addımbaşı Avropanı nümunə kimi göstərən radikal siyasi düşərgə o zaman buna nə ad qoyacaq? Əgər hər cümlədə istinad etdiyiniz Avropa korrupsiya və rüşvətə qurşanıbsa, deməli radikal siyasi düşərgənin iddialarını səsləndirən avropalı siyasilərə də kərimlilər, hacılılar, həsənlilər və s. rüşvət verərək onları ələ alıblar.
Göründüyü kimi, antiAzərbaycan şəbəkənin ölkəmiz əleyhinə fəaliyyəti bumeranq effekti verir. Ona görə də bu qüvələr hər zaman Azərbaycana qarşı bir şey uydurduqda mütləq nəzərə almalıdırlar ki, təsir əkstəsirə bərabərdir.
Süleyman İsmayılbəyli