AŞPA-nın “hesabatı” ikili standartın bariz nümunəsidir

Hesabat Azərbaycana qarşı təzyiq məqsədi güdür
 

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünya inteqrasiya proseslərinə qoşulmaq üçün olduqca əlverişli perspektivlər və real imkanlar qazanıb. Bu dövrdən başlayaraq ABŞ və Qərbi Avropa dövlətləri, onları təmsil edən demokratiya institutları, qeyri-hökumət təşkilatları ilə intensiv əməkdaşlıq şəraitində Azərbaycanda hüquqi dövlət quruculuğu həyata keçirilir, totalitar rejimdən demokratik inkişafa transformasiya siyasəti aparılır. Etiraf edilməlidir ki, ötən dövr ərzində hüquqi və dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatının bərqərar olmasına yönəldilmiş sosial-iqtisadi islahatlar aparılıb, insan hüquqlarının qorunması sahəsində çoxsaylı tədbirlər həyata keçirilib. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın siyasi və iqtisadi naliyyətlərini, xüsusən xarici siyasətdə əldə etdiyi uğurları həzm edə bilmirlər. Azərbaycanın artan beynəlxaq nüfuzu, iqtisadi qüdrəti, hərbi potensialı həmin təşkilatlar tərəfindən süngü ilə qarşılanır. Elə bu səbədən də ölkəmizə qarşı şər, böhtan kampaniyasına start veriblər. Məsələ orasındadır ki, Azərbaycanla əməkdaşlığın ən yüksək səviyyədə olduğu bəzi beynəlxalq təşkilatlar mövcud əməkdaşlığı daha da inkişaf etdirmək əvəzinə "körpüləri yandırmaq" yolunu seçiblər. Belə təşkilatlardan biri də Avropa Şurasıdır ki, Azərbaycan quruma daxil olanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində hansısa dəstəyin olacağına ümid edirdi. Düzdür, qurum tərəfindən hələ 2005-ci ildə ölkəmizin ümumilli problemi ilə bağlı müvafiq qətnamə qəbul edilib. Lakin ötən müddət ərzində sözügedən qətnamənin icrası ilə bağlı heç bir real addım atılmayıb. Əvəzində Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində kompromisə getməsinə nail olmaq məqsədilə həyata keçirilən hüquqi islahatlara, ölkədə çoxpartiyalı sistemin fəaliyyət göstərməsinə, siyasi plüralizm, söz və vicdan azadlığının mövcudluğuna kölgə salmağa cəhdlər edilib. Məlumat üçün qeyd edək ki, rəsmi Bakı Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında icra edib, ölkədə İnsan haqları üzrə müvəkkil - Ombudsman institutu fəaliyyətə başlayıb, Azərbaycan Prezidenti mütəmadi olaraq əfv fərmanları imzalayır, ən müxtəlif səbələrdən həbs olunmuş şəxslər azadlığa buraxılır. Bu isə o deməkdir ki, rəsmi Bakı təşkilatın ölkənin demokratik inkişafına xidmət edən bütün mütərəqqi təklif və tövsiyələrini nəzərə alıb və hazırda da bu proses davam etdirilir. Ancaq nədənsə, Azərbaycanın atdığı bu addımlar Avropa Şurasını qane etmir. Hansı ki, qurumun Azərbaycan üzrə məruzəçiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycan demokratiya sahəsində bir sıra naliyyətlər əldə edib. Yeri gəlmişkən xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının 2013-cü ilin qış sessiyası çərçivəsində yanvar ayının 23-də Azərbaycanla bağlı "Azərbaycan tərəfindən öhdəliklərin yerinə yetirilməsi" və "Azərbaycanda siyasi məhbus məsələsinin davamı" adlı iki məruzə müzakirə edilib. "Azərbaycan tərəfindən öhdəliklərin yerinə yetirilməsi" adlı məruzənin müzakirələri zamanı, məruzəçilər birmənalı şəkildə bildiriblər ki, Azərbaycan demokratiya sahəsində mühüm inkişafa nail olub. Azərbaycanla-Avropa Şurası əməkdaşlığı dövründə belə misalların sayı yüzlərlədir. Belə bir şəraitdə qurumun ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirməsi bir sıra qaranlıq məqamlardan xəbər verir.
Elə AŞ PA-nın yaz sessiyasının aprelin 26-da keçirilən iclasında gündəliyə qurumun daxilindəki korrupsiya hallarının olması barədə məsələnin salınması və hazırlanan hesabatda Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatların əksini tapması sözügedən qaranlıq məqamların aşkara çıxmasında baza rolunu oynayır. Əvvala ona görə ki, hesabatın başdan ayağa həqiqətə uyğun olmayan məlumatlarla dolu olması onun qərəzli hazırlandığından xəbər verir. Belə məlum olur ki, Avropa Şurası kimi "nüfuzlu" beynəlxalq təşkilat obyektivlik baxımında daxil olan məlumatları yerində yoxlayıb qənaətə gəlmək əvəzinə, maraqlarında olan şəxslərin dononsları əsasında hesabat hazırlayır. Bunun isə Avropa Şurası kimi təşkilatın nüfuzuna xələl gətirməkdən başqa adı yoxdur. Məntiqə görə, qurumda təmsil olunan şəxsləri onun beynəlxaq imici yox, maddi maraqları düşündürür.
Çünki hesabatla ilkin tanışlıq deməyə əsas verir ki, AŞPA-nın "korrupsiya hesabatı" qeyri-obyektiv və qərəzlidir, ayrı-ayrı deputatların fərziyə, ehtimal və gümanları üzərində qurulmuş subyektiv mülahizələrdir. Hansısa beynəlxaq təşkilatrın bu səpgidə hecabat hazırlaması birbaşa qurumun maraqlı qüvvələrin əlində vasitəyə çevrildiyini deməyə əsas verir. Düməli, özünü beynəlxaq aləmə ədalət çarşısı, insan hüquqlarının müdafiəçisi kimi sırımağa çalışan Avropa Şurası ayri-ayrı qüvvələrin təsiri altına düşüb. Məhz bunun nəticəsidir ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir və müstəqil dövlətlərə təzyiq məqsədi güdür . İkili standartların bariz nümunəsi olan belə fəaliyyət quruma üzv olan Azərbaycan və Ermənistan dövlətlərinə münasibətdə özünü büruzə verir. Ermənistanda insan hüquqlarının pozulmasına, seçkilərin qeyri-demokratik, standartlardan kənar keçirilməsinə, hətta parlamentdə baş verən gülləborana göz yuman AŞPA Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatlardan təziq vasitəsi kimi istifadə etmyə çalışır. Qərəzliliyin dərəcəsi o həddə çatıb ki, AŞPA Şərq mentalitetinin ziddinə olaraq Azərbaycan xalqının qonaqpərvərliyini korrupsiya elementi kimi səciyyələndirir. Maraqlıdır, nə vaxtdan ölkəyə səfər edən nümayəndə heyətinə qonqalığın verilməsi, yerləşdirilməsi, ölkənin görməli yerləri ilə tanışlıq korrupsiya əməli heab olunur? Yaxud, "rahib qiyafəsində " olan Avropa deputatlar guya ömürlərində ilk dəfə olaraq Azərbaycanda yüngül əxlaqlı qadınlarla rastlaşıblar. Sadalanan bu və ya digər qərəzli məlumatlar AŞPA-nın Azərbaycana qarşı siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan dəfələrlə bu kimi təzyiqlərlə üzləşib və hər dəfə də şər və böhtan kampaniyasından alnı açıq, üzü ağ çıxıb. Bu dəfə də Azərbaycanın haqlı olduğuna bütün beynəlxaq ictimaiyyətin əmin olacağına heç kim şübhə edə bilməz. Çünki gün kimi aydındır ki, AŞPA-nın "hesabatı" Qərbin anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31