XİN sözçüsü: “İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur”

“Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı və layiqli tərəfdaş kimi qəbul edilir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

"Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı və layiqli tərəfdaş kimi qəbul edilir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında bu münasibətlər formalaşmış protokol ənənəsini, hətta Azərbaycan-Türkiyə əlaqələrini xarakterik edən iki xalqın, iki dövlətin bir-birinə olan qarşılıqlı etmadının ifadəsidir: "Rəsmi statusda həyata keçirilən bu səfər çərçivəsində müxtəlif sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlığı kompleks şəkildə nəzərdən keçirildi. İki ölkə arasında əlaqələr o qədər müfəssəl və geniş xarakter daşıyır ki, məhz bu zərurətdən irəli gələn Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılıb. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Bu siyasi dialoq regional əməkdaşlıq, sülh və təhlükəsizlik kimi qiymətləndirilib. Azərbaycanla Türkiyə arasında həyata keçirilən mühüm enerji layihələrinin tarixi əhəmiyyəti böyükdür. Bu layihələr region və Avropa ölkələrinin enerji təminatçısı rolunu daşıyır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31