Siyasət
"FORPOST" olmağımızı istəyənlər: Yaxid YAD DİLlərin AZƏRBAYCANcaya tərcüməçiləri...
Prezident seçkiləri başa çatdı və Azərbaycan seçimini etdi. “2 aylıq kampaniya uğurla aparıldı” desək, yanılmarıq. Namizədlər seçici ilə işlədi, həm virtual, həm də canlı görüşlər maraqlı idi. Hətta yeniliklərin şahidi olduğumuzu da demək mümkündür. Maraqlı diskussiyalar, çağırışlar və bəzən də kütləyə ünvanlanmış müraciətlər eşidildi.
Poroşenko İlham Əliyevi təbrik edib
Sahib Alıyev: "ATƏT müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəlmişdilər"
“Birinci dəfə deyil ki, biz həmin qurumun bu cür adekvatlıqdan uzaq və ziddiyyətli yanaşmasıyla üzləşirik”. Bu sözləri millət vəkili Sahib Alıyev deyib.
Anti-Azərbaycan qüvvələrin hazırladıqları plan baş tutmadı
Azərbaycanda keçirilən prezident seçkisinin beynəlxalq standartlara uyğun olması heç kimdə şübhə doğurmur. Hətta seçkini izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilər etiraf edirlər ki, 11 aprel prezident seçkisi bir sıra inkişaf etmiş ölkələrdə tətbiq edilə biləcək seçki yenilikləri ilə müşayət olunub. Bəzi beynəlxalq müşahidəçilər Azərbaycanda ilk dəfə gördükləri seçki texnologiyalarının öz ölkəlrində tətbiqinin arzusunda olduqlarını bəyan ediblər.
ATƏT çərçivəsində ciddi islahatlar aparılmalıdır
ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı rəyləri ölkə ictimaiyyətinin ciddi etirazına səbəb olub. Hesab olunur ki, sözügedən qurumların birgə hazırladıqları hesabat qərəzli olmaqla yanaşı, Azərbaycan xalqının iradəsinə ziddir.
"Hesabatdakı qərəzli məqamlarla tanış olanda təəccüblənmədim" - Elçin Mirzəbəyli
ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilən seçkilərlə bağlı hesabatının qərəzli olacağı əvvəlcədən ehtimal edilirdi. Adıçəkilən qurumlar hələ seçkilərə müşahidə missiyası göndərəcəyini bəyan edəndə bu barədə fikirlərimi bildirmişdim.
"ATƏT DTİHB-nin Azərbaycanda keçirilən seçkilərlə bağlı hesabatı ikili standartlara əsaslanır"
"ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı qərəzli hesabatı Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb oldu. Çünki ikili standartlara əsaslanan bu hesabat xalqımızın siyasi iradəsinə hörmətsizlikdir. Biz adları çəkilən təşkilatlardan bu dərəcədə riyakarlıq gözləmirdik. Dünyanın hər bir ölkəsində keçirilən seçkilərdə çox cüzi də olsa çatışmazlıqlar ola bilər. Lakin həmin çatışmazlıqların seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcəyini bilə-bilə bunu bu qədər şişirtmək yanlışdır. Bütün bunların arxasında nələrin durduğu bizi düşünməyə vadar edir".
Rövşən Rzayev: "ATƏT DTİHB-nin qərəzli seçki hesabatı birmənalı olaraq əvvəlcədən hazırlanmış hesabatdır"
ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı qərəzli hesabatı birmənalı olaraq əvvəlcədən hazırlanmış, Azərbaycanın bugünkü reallığını əks etdirməyən hesabatdır.
Serj Sərkisyan ATƏT MQ sənədlərinin Dağlıq Qarabağa müstəqillik verməyəcəyini etiraf edib
Ermənistan hakimiyyəti müxtəlif bəhanələrdən istifadə edərək Dağlıq Qarabağ münaqüişəsi ilə bağlı mövcud status-kvonu saxlamağa şalışır. Elə bu səbədən də dövləti təmsil edən şəxslər daxili autoruiyaya hesablanmış açıqlamaları ilə qeyri-konstruktivlik nümayiş etdirilər. Bu baxımdan İtaliyanın “La Stampa” qəzetinə verdiyi müsahibədə Serj Sərkisyanın mövqeyi bir sıra prizmalardan xüsusi diqqət çəkir.
Bir bəyanat, min xəta - ATƏT-in “copy-paste" biabırçılığı
Dünən ATƏT-in Müşahidə Missiyası 11 aprel seçkiləri ilə bağlı rəyini açıqladı. Doğrusu, həm mətbuat konfransında qısa müddətli müşahidə missiyasının koordinatoru Nilza De Senanın açıqlaması ilə tanış olduqdan, həm də seçkilərlə bağlı ilkin bəyanatın əhatəli versiyasını diqqətlə oxuduqdan sonra gəldiyim qənaət bu oldu ki, beynəlxalq müşahidəçilər seçkiyə münasibətlərini öz bilgisayarlarında hazır gətiriblər.
Avropa İttifaqı Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanat yayıb
Avropa İttifaqı (Aİ) Azərbaycanda keçirilmiş 11 aprel prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Avropa Xarici Əlaqələr Xidmətinin bəyanatında vurğulanır ki,ATƏT/DTİHB seçki müşahidə missiyası qeyd edib ki, Azərbaycan rəhbərliyi beynəlxalq müşahidəçilərlə müsbət yanaşma nümayiş etdirib, onlar sərbəst şəkildə fəaliyyət göstərə biliblər və bu, müsbət addım kimi qiymətləndirilir.
Rusiya Dövlət Dumasında ABŞ sanksiyalarına cavab olaraq qanun layihəsi hazırlanıb
Rusiya Dövlət Dumasında ABŞ sanksiyalarına cavab olaraq qanun layihəsi təqdim olunub. Məlumata görə, sənədi spiker Vyaçeslav Volodin və 4 parlament fraksiyasının liderləri hazırlayıb.
Müdafiə Nazirliyi: "Ermənilərə məxsus yük avtomobilinin atəşə tutulması barədə məlumatlar yalandır"
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun ermənilərə məxsus mülki yük maşınını atəşə tutması barədə yaydığı məlumata münasibət bildirib. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, “Ermənistan tərəfinin yaydığı məlumat yalandır”.
Daxili Qoşunların Qərargah rəisinə yeni müavin təyin edilib
Daxili Qoşunlarının Qərargah rəisinə yeni müavin təyin edilib. Məlumata görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.














