Büdcəyə yenidən baxıla bilər

"Milli Məclisdə may ayında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər. Çünki 2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Hazırda isə neftin qiyməti 75 dollara yaxındır".

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, dövlət büdcəsindən bəzi sahələrə əlavə vəsait ayrıla bilər: "Bildiyimiz ki, ölkə başçısı Strateji Yol Xəritəsini təsdiq edib. Həmin xəritəyə uyğun olaraq elə sahələr var ki, onların inkişafı çox vacibdir. Xüsusilə də, kənd təsərrüfatı, turizm sahələri, dövlət büdcəsi ilə maliyyələşən təşkilatlardan məvacib alanların əməkhaqqlarıdır. Hesab edirəm ki, bu sahələrə baxılmalıdır. Ümumiyyətlə, hökumət büdcəyə baxıb, hansı sahəyə əlavə vəsaitin ayrılmasını vacib hesab edirsə, o sahəyə də vəsait ayrılır. Mən də deputat olaraq hesab edirəm ki, qeyd etdiyim sahələrə daha çox diqqət edilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31