Siyasət

ATƏT müşahidə missiyasının qərəzi

12 Aprel 2018 19:05

Prezident seçkiləri başa çatsa da, lakin seçkilər barədə hələ də müzakirələr, dəyərləndirmələr davam edir. Bir qayda olaraq seçkilərdən sonra səsvermə prosesini izləyən yerli və beynəlxalq müşahidəçilər seçki məntəqələrində apardıqları müşahidələrin nəticələrini açıqlayır, hesabatla çıxış edirlər.

"ATƏT-in qərəzli, sifarişli və böhtan xarakteli bəyanatı təəssüf doğurur"

12 Aprel 2018 18:55

"11 aprel tarixində Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri birmənalı olaraq xalqın iradəsi ilə, tam demokratik mühitdə, bütün iddialı siyasi qüvvələrə eyni imkanların yaradıldığı şəraitdə və səsvermə hüquqquna malik böyük əksəriyyət seçicilərin iştirakı ilə sona çatdı". Bunu  Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

Tahir Mirkişili: "ATƏT DTİHB bir növ adətkardır"

12 Aprel 2018 18:52

"Seçkiləri müşahidə edən hər bir təşkilat öz mövqelərini bildirirlər. Seçkilər kifayət qədər şəffaf və demokratik əsaslarla keçirilib". Bunu  millət vəkili Tahir Mirkişili deyib.

Azər Həsrət: "Ortada qərəz və qeyri-obyektiv yanaşma var" 

12 Aprel 2018 18:48

"Açığı, mən ATƏT-in seçkilərə yanaşmasından xeyli təəccüblənmişəm". Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Mübariz Əhmədoğlu: "Ən korrupiyalaşmış beynəlxalq qurum ATƏT DTİHB-dir"

12 Aprel 2018 18:48

"Mən Ria Novosti informasiya agentliyindən oxudum ki, guya ATƏT DTİHB-nin keçirdiyi mətbuat konfransı dağıdılıb. Bilirsinizmi, onlar üçün vacib deyil ki, hansısa xalqın siyasi iradəsini tanıdılar, yaxud tanımadılar. Onlar üçün vacib sifarişi yerinə yetirməkdir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Azər Badamov: "Biz seçkini heç də kiminsə xoşuna gəlmək üçün keçirmirik"

12 Aprel 2018 18:23

"ATƏT seçkilərdə müşahidə missiyasını müəyyən dairələrin sifarişi ilə, məqsədli şəkildə həyata keçirir". Bunu millət vəkili Azər Badamov deyib.

Rusiya XİN: "İsrailin Suriyaya zərbə endirməsi İŞİD-in fəallaşması ilə üst-üstə düşüb"

12 Aprel 2018 18:09

“İsrail aviasiyasının Suriyadakı aviabazaya zərbə endirməsi İŞİD terrorçu qruplaşmasının döyüşçülərinin Suriyanın şərqində aktivləşməsi ilə üst-üstə düşüb”. Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında bildirib.

XİN: "Seçkilərin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabatla bağlı ATƏT DTİHB-ə Azərbaycan tərəfinin qəti etirazı çatdırılıb"

12 Aprel 2018 18:08

ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabatı ədalətli və obyektiv hesab etmirik. Bunu açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.H.Hacıyev qeyd edib ki, bu gün müşahidə missiyasının nümayəndələri Xarici İşlər Nazirliyində qəbul olunub və məsələ ilə əlaqədar Azərbaycan tərəfinin qəti etirazı onlara çatdırılıb: "Haqqında bəhs olunan ilkin hesabatda seçkilərin müşahidə edilməsi üzrə metodoloji və texniki yanaşmadan çox subyektiv iddialar və qərəzli siyasi mülahizələr üstünlük təşkil edir.

Siyavuş Novruzov: “Onların bəyanatını aeroporta tullamaq lazımdır ki, gedəndə özləri ilə aparsınlar”

12 Aprel 2018 18:05

“Azərbaycan xalqı rəhbərini, prezidentini seçdi. Konstitusiyamızda yazılıb ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Xalqımız da bu seçkidə öz sözünü dedi”. Məlumata görə, bunu Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlıATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (ATƏTPA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyalarının bəyanatlarına münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, prezident seçkilərində prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov deyib.

Novruz Məmmədov: "Əvvəlcədən hazırlanmış materialı ilkin nəticələr kimi yaymaq tərəfdaş ölkənin xalqının iradəsinə və seçiminə hörmətsizlikdir"

12 Aprel 2018 18:03

Əvvəlcədən hazırlanmış materialı ilkin nəticələr kimi yaymaq tərəfdaş ölkənin xalqının iradəsinə və seçiminə hörmətsizlikdir. Məlumata görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

Ombudsman: "Prezident seçkiləri Konstitusiyaya, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə keçirilib"

12 Aprel 2018 17:57

11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Aparatının əməkdaşları, Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzlərinin nümayəndələri müstəqil müşahidəçi qismində paytaxt Bakı və ölkənin 53 şəhər və rayonunda 103 seçki dairəsi üzrə 371 seçki məntəqəsində, o cümlədən Cocuq Mərcanlıda, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, hərbi hissələrdə, cəzaçəkmə müəssisəsində Prezident seçkilərini müşahidə ediblər.

Argentinalı müşahidəçi: "Azərbaycanda prezident seçkiləri tamamilə şəffaf keçdi"

12 Aprel 2018 17:51

Azərbaycanda prezident seçkiləri tamamilə şəffaf keçdi. Məlumata görə, bunu Avropa Parlamenti, İtaliya, Almaniya, Polşa, Bolqarıstan, Belçika, Fransa, Argentina və Slovakiya deputatlarından ibarət “Vətəndaş dialoqu” missiyasının müşahidəçilərinin mətbuat konfransında Argentina parlamentinin üzvü Daniel Ramundo deyib.

Bəhruz Quliyev: "ATƏT DTİHB-nin prezident seçkiləri ilə bağlı bəyanatı Azərbaycana qarşı əvvəlcədən hazırlanmış təxribat idi"

12 Aprel 2018 17:50

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının üzvlərinin Azərbaycanda prezident seçkiləri ilə bağlı fikirləri Azərbaycana qarşı əvvəlcədən hazırlanmış təxribat idi. Bu barədə  siyasi ekspert Bəhruz Quliyev deyib.

“Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu”

12 Aprel 2018 17:36

“Prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm”. Sechki-2018.az saytı xəbər verir ki, bunu prezident seçkilərini izləyən Bosniya və Hersoqovina-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Predraq Kojul müşahidələrin yekunlarına dair keçirilən mətbuat konfransında söyləyib.