Siyasət

Vüqar Rəhimzadə: "Cənub Qaz Dəhlizi Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq"

21 Fevral 2019 16:20

“Bu gün Azərbaycan əbəs yerə beynəlxalq aləmdə “sabitlik adası” adlandırılmır. Son illərdə dünyanın siyasi mənzərəsinə nəzər yetirsək, kifayət qədər mürəkkəb proseslərin getdiyinin şahidi olarıq. Bütün bunlara baxmayaraq ölkəmiz uzun illərdir ki, öz inkişaf dinamikasını qoruyub saxlayır, xarici sərmayədarlar üçün etibarlı tərəfdaş rolunda çıxış edir. Təbii ki, bu uğurların kökündə Heydər Əliyev ideyaları dayanır. Məhz 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” dünyanın nüfuzlu xarici şirkətlərini Azərbaycana topladı və uğurlu işbirliyinin əsasını qoydu.