Siyasət

Ceyhun Bayramovla rusiyalı həmsədr arasında telefon danışığı olub

4 Oktyabr 2020 18:03

Oktyabrın 4-də Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun təşəbbüsü ilə və ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov arasında telefon danışığı olub.

Türkiyə XİN-dən Gəncənin atəşə tutulması ilə bağlı BƏYANAT

4 Oktyabr 2020 15:16

Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə mülki əhalini hədəf alan bugünkü hücumları bu dövlətin hüquq tanımayan simasının daha bir göstəricisidir.

Hulusi Kılıç: Gəncəni, dinc əhalini atəşə tutmaq Ermənistanın terrorçu mahiyyətidir

4 Oktyabr 2020 14:50

Təcavüzkar Ermənistan hərbi meydanda uğursuzluğa düçar olduqca daha da aqressivləşir. Əslində Ermənistanın 30 ilə yaxın zaman kəsiyində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən geri çəkilmək istəməməsi ilə hazırda dinc azərbaycanlı əhaliyə qarşı hücumlar etməsi bir-birini tamamlayan cinayətlərdir. Digər ətraf bölgələrdə olduğu kimi, Gəncəni, dinc əhalini Ermənistan ərazisindən atəşə tutmaq bu forpostun terrorçu mahiyyətidir. Bu hərəkətlər beynəlxalq səviyyəli cinayətdir.

"Bu, açıq şəkildə hərbi cinayətdir"- MN

4 Oktyabr 2020 14:31

"Bu, açıq şəkildə hərbi cinayətdir"

Anar Eyvazov: PUA-lar düşmən texnikasını məhv etməkdə davam edir

4 Oktyabr 2020 14:16

"Azərbaycan Ordusunun əməliyyatları uğurla davam edir. Ermənistan tərəfi yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin, pilotsuz uçuş aparatlarının vurulması və bu tip digər feyk xəbərlər, dezinformasiyalar yayır".

Gəncənin vurulmasından sonra Pakistandan SƏRT AÇIQLAMA

4 Oktyabr 2020 14:05

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistanın Gəncəyə raket zərbələri endirməsilə bağlı paylaşım edib.

Hikmət Hacıyev: Azərbaycana qarşı təcavüz davam etməkdədir

4 Oktyabr 2020 14:02

"Ermənistanın hərbi siyası rəhbərliyinin Azərbaycana qarşı təcavüzü davam etməkdədir. Ermənistan silahlı qüvvələri tərəfindən bu gün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə, Füzuli rayonunun Horadiz şəhərinə, Beyləqan və Tərtər şəhərlərinə və digər yaşayış məntəqələrinə ağır artilleriyadan və hədəflənmiş şəkildə raket texnologiyasından istifadə etməklə zərbələr edilmişdir".

Müdafiə Nazirliyi: “Ermənistan təbliğatı yalan danışır”

4 Oktyabr 2020 13:00

Erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır. Düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.