Türkiyə XİN-dən Gəncənin atəşə tutulması ilə bağlı BƏYANAT
Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə mülki əhalini hədəf alan bugünkü hücumları bu dövlətin hüquq tanımayan simasının daha bir göstəricisidir.
4 Oktyabr 2020 15:16 SiyasətErmənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə mülki əhalini hədəf alan bugünkü hücumları bu dövlətin hüquq tanımayan simasının daha bir göstəricisidir.
Bu fikirlər AZƏRTAC-ın sorğusu əsasında məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.
Həmin hücumun qınanıldığı bildirilən açıqlamada daha sonra deyilir: "İşğal altındakı Azərbaycan torpaqlarında məğlubiyyətə düçar olan Ermənistan başda Cenevrə Konvensiyası olmaqla insan hüquqlarının bütün formalarını pozaraq işğal etdiyi üçün döyüş meydanına çevrilən bölgədən də Azərbaycanın mülki əhalisinə hücumlar etməkdədir. Bu hücumlar Ermənistanın məruz qaldığı çarəsizliyi və qanunsuz işğalı davam etdirmək məqsədilə insanlıq əleyhinə cinayətlərdən geri qalmayacağını göstərməkdədir. Əvvəllər söylədiyimiz kimi, Ermənistan bölgədə sülhə və sabitliyə ən böyük maneədir".