Ermənistanın Gəncəni raket atəşinə tutması onun bir dövlət kimi sonunun yaxınlaşdığını göstərir
4 Oktyabr 2020 19:06 Siyasət"Düşmən aqoniyadadır. Bu səbəbdən daha təhlükəli, daha qəddar cinayətlərə əl atır. Bizi təşvişə salmaq, əhali arasında kütləvi psixoz yaratmaq üçün Gəncəyə raket zərbələri endirdilər. Mülki əhalini hədəfə alıdılar. Lakin ermənilər məqsədlərinə nail ola bilmədilər, bilməyəcəklər də ". Bunu Olaylara deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, Mübariz Ordumuz öz rəşadəti, uğurları ilə ruhumuzu elə yüksəldib ki, ölkəmizdə uşaqdan böyüyə qədər hamı qələbə əzmi ilə, düşməni məhv etmək istəyi ilə yaşayır. Hər bir azərbaycanlı Böyük Zəfər naminə son damla qanına qədər vuruşmağa hazırdır. Düşmənin heç bir məkrli əməli gözümüzü qorxuda bilməz: "Ermənistanın Gəncəni raket atəşinə tutması onun bir dövlət kimi sonunun yaxınlaşdığını göstərir. Düşmən insanlığa qarşı işlətdiyi bu cinayətlə bütün qırmızı çizgini keçdiyini sübut etdi. Cavabları çox sərt olacaq. Göyləri başlarına çokdürəcəyik, ayaqları altında yer od tutub yanacaq. Ermənilərin son hərəkətləri bizdən onunla eyni dildə danışmağı tələb edir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT və sülhə məsul olan digər beynəlxalq qurumlar dinc insanlarımızın ölümünə göz yumurlar. Onların bu mövqeyi təcavüzkarı daha da ruhlandırır. Artıq beynəlxalq hüququn işləmədiyi göz önündədir. İşləməyən qanunlara əməl etmək bizəmi qalıb?
Dünya birliyinin, beynəlxalq ictimaiyyətin cinayətkar, terrorçu Ermənistanın növbəti hərbi suçlarına - mülki əhalini, yaşayış məntəqələrını hədəfə alınmasına,dinc sakinlərin qətlə yetirilməsinə susqunluğu Azərbaycanı düşmənlə daha sərt davranmağa sövq etməlidir. Biz bu cinayətlərin qarşısını almaq üçün bütün imkanlatımızı işə salmalıyıq. Elə etməliyik ki, başlarını belə qaldıra bilməsinlər.
Heç kim, heç nə bizi durdura bilməz. Düşmənin sonuncu silahlısını öldürənə, ölkəmizin sərhədlərindən qovana qədər gedəcəyik. Bölgəmizdə və yaşadığımız coğrafiyada sülhə, əmin-amanlığa ən böyük əngəl olan Ermənistanı, onun havadarlarını peşman edəcəyik!"