Hikmət Hacıyev Gəncədən VİDEO paylaşdı

 

Azərbaycan mülki şəxsləri müdafiə etmək və Ermənistanı sülhə məcbur etmək üçün legitim hərbi hədəflərə qarşı tədbirlər görmək hüququnu saxlayır.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz "Twitter" hesabında bildirib.

H.Hacıyev bildirib: "Ermənistanın Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələrinin nəticələri. Azərbaycan mülki şəxsləri müdafiə etmək və Ermənistanı sülhə məcbur etmək üçün legitim hərbi hədəflərə qarşı tədbirlər görmək hüququnu saxlayır. 4 yeni raket Gəncəyə düşüb". 

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31