Siyasət

Prezidentdən ermənipərəsət dairələrə vacib xatırlatmalar

6 Oktyabr 2020 15:16

Artıq 10 gündür ki, erməni təxribatı nəticəsində cəbhədə gərgin döyüşlər gedir. Uzun müddət həyata keçirdikləri hazırlıq və işğal etdikləri Azərbaycan ərazilərinə əlavə hərbi texnika toplamaq cəhdindən sonra ərazilərimizə yeni hücumlar edən ermənilər bu dəfə gözləmədikləri əks hücumla qarşılaşdılar. Qısa müddət ərzində Azərbaycan Ordusunun əks hücumu ilə xeyli sayda yaşayış məskəni düşməndən azad edildi, qədim Azərbaycan torpaqlarında bayrağımız dalğalandı.

Nazir: “Ermənistan danışıqlar prosesinə ağır zərbələr vurub”

6 Oktyabr 2020 15:12

"Sentyabrın 27-dən başlayaraq Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təcavüzü və təxribatı nəticəsində Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı hücum edilib.

Azərbaycan hərbi əməliyyatları işğal bitənədək davam etdirəcək

6 Oktyabr 2020 15:02

Düz otuz ilə yaxın bir müddətdir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkünsüz olub.

Çavuşoğlu Bakıya niyə GƏLDİYİNİ AÇIQLADI

6 Oktyabr 2020 15:03

"Türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya gəldim. Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü vardır, potensialı vardır. Əlbəttə, Türkiyə olaraq və Türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq".

Beynəlxalq ictimaiyyət Ermənistanın saxta sülh çağırışlarına inanmamalı və İrəvandan işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmağı tələb etməlidir

6 Oktyabr 2020 14:41

İtaliyanın nüfuzlu Il Giornale qəzetində Azərbaycan Respublikasının İtaliyadakı səfiri Məmməd Əhmədzadənin geniş müsahibəsi dərc olunub.Müsahibədə diplomat 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təcavüzü,bu xüsusda, Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyi əməliyyatlar, münaqişənin siyasi, hüquqi və humanitar aspektləri, eləcə də İtaliyanınhazırkı vəziyyətə dair mövqeyi barədə danışıb.

Amerika-Azərbaycan Ticarət Palatası ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir

6 Oktyabr 2020 13:23

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər ərazilərində davam edən hadisələrdən öz narahatlığını bildirir. ”OLAYLAR” xəbər verir ki,  AmCham Azərbaycana qarşı edilən bütün hücumları, xüsusilə də son olaraq Ermənistan ərazisindən dinc əhalinin və strateji infrastruktur obyektlərinin geniş miqyaslı atəşə tutulmasını kəskin şəkildə pisləyir.

Moldovada rəhbərliyi Ermənistana təsir göstərməyə çağırılıb

6 Oktyabr 2020 13:14

 Moldova Azərbaycanlıları Konqresi Ermənistanın təxribatları ilə əlaqədar ölkənin ali dövlət strukturlarına və beynəlxalq qurumlara ünvanlanan bəyanat yayıb.