Məlahət İbrahimqızı: “Belə cılız hərəkət Türkiyəyə təsir etməz"

"Son illərdə Makronun iqtidarı dönəmində Fransada Türkiyə əleyhinə çox ciddi kampaniyalar aparılır". “Olaylar” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

"Son illərdə Makronun iqtidarı dönəmində Fransada Türkiyə əleyhinə çox ciddi kampaniyalar aparılır". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib. Deputatın sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədr ölkə kimi, ermənipərəst mövqeyi göstərdiyi göz önündədir: "Biz Fransanın ermənipərəst mövqeyinin yaşadığımız Vətən müharibəsi dönəmində də şahidi olduq. Bir neçə gün bundan öncə isə Fransanın ermənipərəst  rəhbərliyi Türkiyəyə qarşı yeni bir kampaniyaya başlayıblar. Belə ki, Fransada Türkiyə məhsullarının satışının qadağan olunması çağırışı olub. Təbii ki, belə cılız hərəkət Türkiyəyə təsir etməz, lakin biz də, daha doğrusu Azərbaycan ictimaiyyəti də mövqe  nümayiş etdirməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31