Siyasət

Yaponiya ilə əməkdaşlıq məsələləri müzakirə edilib

29 Oktyabr 2020 13:34

Yaponiyanın Azərbaycandakı Səfirliyi Respublikamızın Xarici İşlər Nazirliyinə müraciət edərək ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirinin “Azərenerji” ASC-nin rəhbəri ilə görüşmək istədiyini bildirib və səfir Cuniçi Vada ilə Baba Rzayevin görüşü olub. “OLAYLAR”-a Səhmdar Cəmiyyətdən bildirilib ki, görüşdə Yaponiya ilə Azərbaycan enerjisistemləri arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, həmçinin Yaponiya Dövlət Agentliyi JİCA-nın dəstəyi ilə həyata keçirilən layihələr geniş müzakirə edilib.

Kamran Əliyev: “Bu cinayət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə törədilib”

29 Oktyabr 2020 12:48

“Azərbaycan xalqına qarşı növbəti cinayət törədilib. Tam məsuliyyətimlə deyirəm ki, bu cinayət birbaşa olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən törədilib”.