Deputatlarımız Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər
29 Oktyabr 2020 13:40 SiyasətAzərbaycanlı deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər."Olaylar" xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Arzu Nağıyev, Məzahir Əfəndiyev, Əminə Ağazadə, GUAM Parlament Assambleyasının üzvləri Elnur Allahverdiyev, Fatma Yıldırım, Nəsib Məhməliyev daxildir. Nümayəndə heyətinə millət vəkili Arzu Nağıyev rəhbərlik edir. Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31