Siyasət

Vüqar Rəhimzadə: “Bu gün status-kvo yoxdur - Azərbaycan siyasi və hərbi şərtləri diktə edən tərəfdir”

14 Oktyabr 2020 15:59

“Tarixi günlərini yaşayan Azərbaycanın sentyabrın 27-dən Ermənistanın növbəti təxribatına cavab olaraq cəbhə xəttində həyata keçirdiyi hərbi əməliyyatlar işğal olunmuş torpaqlarımızın bir qisminin azad edilməsi ilə nəticələndi. Artıq Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər ordumuzun nəzarətindədir. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu əməliyyatlar sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən mükəmməl döyüş qabiliyyətinə malik olan hərbi gücüdür. Eyni zamanda, cənab Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, bu münaqişə dondurulmuş qala bilməz və Azərbaycan istənilən an status-kvonu dəyişmək iqtidarındadır. Artıq bu gün status-kvo yoxdur və Azərbaycan siyasi və hərbi şərtləri diktə edən tərəfdir”.

Ordumuz Füzuli və Xocavəndin bu ərazilərini işğaldan AZAD ETDİ

14 Oktyabr 2020 15:53

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Bayrağına qovuşan Hadrut - VİDEO

14 Oktyabr 2020 15:29

Hadrutun işğaldan azad edilməsi Qarabağa gedən qapının açılması deməkdir. Hadrut dərənin, vadinin sonunda yerləşən yaşayış mərkəzidir. Ora nəzarətin ələ keçirilməsi ilə hətta Məlikcan yüksəkliyi də ermənilər üçün əhəmiyyətini itirir.

Ərdoğan: Torpağımda 100 min erməni var, amma...

14 Oktyabr 2020 15:25

“Bizə zəng edənlər “Suriyadan mücahidləri oraya göndərdiniz” deyirlər. Belə bir şey yoxdur. Biz azərbaycanlı qardaşlarımıza hər cür dəstəyi verəcəyik. Minsk üçlüsünün içindəkilərinin verdiyi dəstəyi niyə danışmırsınız? Fransadan, Rusiyadan gələn silahları niyə danışmırsınız?”

Prezident İlham Əliyev: Paşinyan Sorosun bir məhsuludur

14 Oktyabr 2020 15:04

Artıq hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. Bu, Soros tərəfindən idarə olunan bir adamdır.

NK xarici tərəfdaşları erməni təxribatları barədə məlumatlandırır

14 Oktyabr 2020 15:01

 Nazirlər Kabineti xarici tərəfdaşları Ermənistanın Azərbaycana qarşı təxribatları barədə məlumatlandırır. Bu barədə “Olaylar”a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Azərbaycan sadəcə öz torpaqlarını işğaldan azad edir - Ərdoğan

14 Oktyabr 2020 14:52

Azərbaycan sadəcə öz torpaqlarını işğaldan azad edir. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident İlham Əliyev: Gələn il TANAP-dan qaz alacaq Avropa ölkələri də Ermənistanı xəbərdar etməlidir

14 Oktyabr 2020 14:51

Hesab edirəm ki, gələn il TANAP-dan qaz alacaq Avropa ölkələri də onları xəbərdar etməlidir. Çünki TANAP təkcə bizim layihəmiz deyil. TANAP-ın başqa səhmdarları var, TAP-ın Avropa səhmdarları var. Bu, Avropanın enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyan bir layihədir. Ona görə hamımız maraqlı olmalıyıq ki, bu layihəyə hər hansı bir ziyan dəyməsin

Prezident İlham Əliyev: Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik

14 Oktyabr 2020 14:49

Ermənistanın digər bir məqsədi bizi dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Bizi heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!

Azərbaycan Prezidenti: Bizi heç kim dayandıra bilməz, biz bu yolu sona qədər gedəcəyik!

14 Oktyabr 2020 14:47

Ermənistanın Gəncəni, Mingəçeviri, Bərdəni, mülki əhalinin yaşadığı digər yerləri hədəfə almasından məqsəd panika, xaos, qorxu yaratmaqdır. Bu gün Azərbaycan tam başqa bir ölkədir. Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişib. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir.

Prezident İlham Əliyev: Gəncə şəhərinə xain hücum Ermənistanın növbəti terror aktıdır

14 Oktyabr 2020 14:28

Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb.

Prezident İlham Əliyev: Dağlıq Qarabağda yaşayan ermənilər bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil

14 Oktyabr 2020 14:29

Azərbaycan xalqı çox xeyirxah xalqdır. Məhz ona görə Azərbaycanda onlarla digər xalqların nümayəndələri yaşayırlar, sülh, ləyaqət içində yaşayırlar. Odur ki, mən tam əminəm, ermənilər və azərbaycanlılar o bölgələrdə bir yerdə yaşaya bilərlər. Necə ki, bu gün Azərbaycanın digər yerlərində, necə ki, məsələn Gürcüstanda. Gürcüstanda 300 mindən çox azərbaycanlı və təqribən 200 minə yaxın erməni əhali var.

Prezident İlham Əliyev: Gəncəyə hücum bir daha göstərdi ki, atəşkəsi kim istəmir

14 Oktyabr 2020 14:27

Türkiyə hər zaman olduğu kimi, bizi bu məsələ ilə bağlı bir daha açıq və birmənalı dəstəklədi. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi. Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama verib. Digər ölkələr də belə açıqlamalar edib.

Prezident İlham Əliyev: Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik

14 Oktyabr 2020 14:21

Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu!