Məzahir Əfəndiyev: “Tarix boyu Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətt üzrə inkişaf edib”

“Tarix boyu Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətt üzrə inkişaf edib və hər iki müstəqil respublika bir-birinə yaxından kömək edərək xalqlarının firavan, təhlükəsiz yaşamasına dəstək olublar. Bu dostluq əlaqələri artıq strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmiş, bütün sahələrdə (sosial, iqtisadi, siyasi) nailliyyətlərlə müşahidə olunaraq inkişaf etməkdədir”.

"Tarix boyu Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətt üzrə inkişaf edib və hər iki müstəqil respublika bir-birinə yaxından kömək edərək xalqlarının firavan, təhlükəsiz yaşamasına dəstək olublar. Bu dostluq əlaqələri artıq strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmiş, bütün sahələrdə (sosial, iqtisadi, siyasi) nailliyyətlərlə müşahidə olunaraq inkişaf etməkdədir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev səsləndirib. O, bildirib ki, oktyabr ayının 31-də Gürcüstanın ictimai-siyasi həyatında vacib hadisə baş verib: "Belə ki, ölkə konstitusiyasına əsasən parlament seçkiləri keçirilib, 120 millət vəkilinin proporsional, 30 millət vəkilinin isə majoritar sistem üzrə seçilməsi nəzərdə tutulub. Həmçinin keçirilmiş seçkiləri müşahidə etmək üçün Azərbaycan parlamentinin nümayəndə heyəti Gürcüstana dəvət olunublar. Deputatlar Arzu Nağıyev, Əminə Ağazadə və mənim iştirakım ilə müşahidəçi statusunda iştirak etdiyimiz qardaş Gürcüstan Respublikasının bu həssas dönəmdə təşkil etdiyi parlament seçkiləri uğurla başa çatıb. Belə ki, tarixdə ilk dəfə olaraq pandemiya şəraitində Gürcüstan Respublikası parlament seçkilərini təşkil edib, karantin şərtlərinə uyğun mümkün ola biləcək qaydalarla prosesin idarə olunmasına müvəffəq olub". Deputat qeyd edib ki, seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçilər, yerli və xarici jurnalistlər, habelə seçkilərdə iştirak edən namizədlərin və partiyaların müşahidəçi qrupları müşahidə ediblər: "Ümumən Azərbaycan nümayəndə heyətinin müşahidə etdiyi dairələrdə hər hansısa bir qanun pozuntusu və ya ciddi müdaxilələr qeydə alınmayıb, ümumilikdə vətəndaşların səs vermələri üçün bütün zəruri tədbirlər görülüb. Seçici fəallığı nəzərə çarpmaqla, əhalinin həvəslə seçkilərdə iştirakı müşahidə olunurdu. İlkin səsvermə nəticəsinə əsasən 48,15% nisbətində səs və 30-dan 14 majoritar yer alan hakim "Gürcü arzusu" partiyası öz qələbəsini nümayiş etdirdi. Son 20 ildə ilk dəfə olaraq 9 siyasi partiya 1% fərqi keçərək Gürcüstan parlamentində yer qazandı. Geri qalan 16 mandat üçün isə ikinci turun keçirilməsi gözlənilir. Nəticələrə əsasən, "Gürcü arzusu" Partiyası 48.15%, "Milli Hərəkat" partiyası 25,94%, "Avropalı Gürcüstan" partiyası isə 3,77% səs əldə etdi".

Məzahir Əfəndiyev deyib ki¸ tərəfimizdən müşahidə olunan məqamlardan biri də Amerika Birləşmiş Ştatlarının Gürcüstan Respublikasındakı səfirinin rəsmi səsvermə sona yetməmişdən öncə çıxış edərək bütün siyasi partiyaları və onların nümayəndələrini seçki vəzifəlilərinin işinə hörmət etməyə və seçki nəticələrini dinc yolla qəbul etməyə dəvət etməsi idi: "Seçkinin yekun nəticəsi olaraq ATƏT, DTHİB, AŞPA və NATO Parlament Assambleyasının qısa-müddətli beynəlxalq seçki missiyalarının yekun bəyanatı 31 Oktyabr parlament seçkilərinin rəqabət mühitində və fundamental hüquqlara hörmət edilərək keçirildiyini vurğulayıb və 2 milyon seçicinin dinc yolla öz siyasi seçimlərini etməsi qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev seçkilərin səhəri günü qalib olmuş "Gürcü arzusu" partiyasının lideri Bidzina İvanişviliyə zəng edərək yüksək nəticə toplamaları münasibəti ilə təbrik edib. Keçirilmiş seçkinin nəticələri qanunvericiliyə uyğun olaraq ən ali instansiya tərəfindən təsdiq olunduqdan sonra ən çox səs toplamış "Gürcü arzusu" partiyasına yenidən  hökumətin formalaşmasında lider partiya kimi iştirak etməsi üçün şans və imkan yaradılacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31