Siyasət

Artilleriya bölmələrimiz ermənilərə zərbələr endirir - VİDEO

20 Oktyabr 2020 11:41

Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə artilleriya bölmələrimiz zərbələr endirir.

Pakistan Azərbaycanın müdafiə hüququnu dəstəkləyir

20 Oktyabr 2020 11:33

20 oktyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Pakistanın Xarici İşlər naziri Mahdum Şah Mahmud Qureşi ilə telefon danışığı baş tutub

Nazirlik DSX-nə yeni BTR hədiyyə etdi

20 Oktyabr 2020 11:29

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin bütün əməkdaşları bu tarixi hadisənin sevincinə qoşularaq Dövlət Sərhəd Xidmətinə Təkmilləşdirilmiş BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edib. Olaylar.az xəbər verir ki, bu barədə  nazirlikdən məlumat verilib.

Ermənistan ordusu öz sıralarını müxtəlif ölkələrdən terrorçularla zənginləşdirir - Türkiyəli ekspert

20 Oktyabr 2020 11:24

Canlı qüvvə və hərbi texnikada itkilər verən Ermənistan ordusu öz sıralarını müxtəlif ölkələrdən terrorçularlarla zənginləşdirir.

Türkiyə parlament sədrinin iştirakı ilə Milli Məclisin iclası başlayıb

20 Oktyabr 2020 11:17

Milli Məclisin payız sessiyasının növbəti iclası başlayıb.

Adil Əliyev: “Ermənistan cəbhədə uduzmaqla yanaşı, diplomatiya masasında da uduzur”

20 Oktyabr 2020 10:55

Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan əks-hücum əməliyyatları öz nəticəsini verməkdədir. Yeni əraizlərimizin işğaldan azad edilməsi xəbərləri bizi olduqca sevindirir, hər  bir Azərbaycan  vətəndaşının qəlbini qürur  hissi ilə doldurur. 

Paşinyanın döyüşlər başlayandan zəng etdiyi ölkələr - SİYAHI

20 Oktyabr 2020 10:27

Sentyabrın 27-də Ermənistan təxribatına cavab olaraq Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatına başlayıb.

Braziliyanın REBE TV kanalında Dağlıq Qarabağ münaqişəsi

20 Oktyabr 2020 10:22

Braziliyanın REBE TV kanalında Azərbaycana həsr edilmiş silsilə proqramlar yayımlanır. Olaylar.az bildirir ki, proqramda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Hüseynov çıxış edərək, Mərkəzin fəaliyyəti və Braziliya ilə əməkdaşlığa dair planları ilə bölüşüb.

Xocalı soyqırımını törədən  bir terror dövlətindən bu addımlar da gözləniləndir - Cəsarət Hüseynzadə

20 Oktyabr 2020 10:19

Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları və işğal olunmuş ərazilərin sürətlə azad edilməsi Ermənistanın hərbi -siyasi rəhbərliyində ciddi çaşqınlıq yaradıb.

Özbəkistan parlamentinin Sədri Gəncə terroru ilə bağlı narahatlığını Bildirib

20 Oktyabr 2020 10:16

Özbəkistan Ali Məclisinin Sədri Nurdinjon İsmailov Milli Məclisin Sədri Sahibə Qafarovaya məktub ünvanlayıb. Məktubda Nurdinjon İsmailov dost ölkə olaraq Özbəkistanın Dağlıq Qarabağ ətrafında silahlı münaqişə və azərbaycanlı mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. O, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verilib.

Cəbhədə oktyabrın 20-nə olan son vəziyyət

20 Oktyabr 2020 09:34

Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI

20 Oktyabr 2020 09:27

Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.