Ermənistan Şuşanın tam itirildiyini etiraf etdi: Azərbaycan Ordusu Xankəndinin ətrafındadır
9 Noyabr 2020 18:22 SiyasətŞuşaya nəzarət tam itirilib, azərbaycanlı hərbçilər Xankəndinin ətrafındadır.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Dağlıq Qarabağda qondarma rejimin liderinin mətbuat katibi Vaqram Poqosyan öz "Facebook" səhifəsində yazıb:
"Bu günə qədər təəssüf ki, bir uğursuzluq zənciri bizi izlədiyini və Şuşa şəhərinin tamamilə nəzarətimizdən çıxdığını etiraf etməliyik" - deyə, paylaşımda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31