Siyasət

"Onlar bu damğa ilə əbədi yaşayacaqlar. " İLHAM ƏLİYEV

17 Avqust 2021 11:47

Ermənistanda növbəti mif onların dırnaqarası “sərkərdələri” ilə bağlı idi. Guya Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər. Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar gizləndilər. Soruşmaq lazımdır onlardan, oradan nəyə görə çıxdılar? Onlar Xankəndidə idilər, üçü də. Niyə qaçmısınız? Niyə gizlənmisiniz?

İlham Əliyevdən ermənilərə XƏBƏRDARLIQ- "Göyçəni sonraki mərhələyə saxlayırıq"

17 Avqust 2021 11:42

Bildiyiniz kimi, mənim Sərəncamımla 14 iqtisadi rayon yaradıldı. Onların arasında iki iqtisadi rayonun yaradılması diqqət çəkdi – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki, həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi.

Prezident: "Kəlbəcərin arısı bizi sancmaz, o bilir biz kimik" - Video

17 Avqust 2021 11:37

Avqustun 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

"Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik." İLHAM ƏLİYEV

17 Avqust 2021 11:37

Biz indi genişmiqyaslı bərpa işlərinə start verdik. O cümlədən Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda. Artıq bu işlərin bir hissəsi bu gün qeyd olundu – yarımstansiya fəaliyyətə başladı, su elektrik stansiyasının tikintisi ilə tanış oldum, Laçın rayonunda beynəlxalq hava limanının təməli qoyuldu, iki tunelin təməli qoyuldu və digər infrastruktur layihələri artıq icra edilməkdədir. Eyni zamanda, biz pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərini buraya göndərdik, ezam etdik, şərait yaratdıq ki, onlar işə başlasınlar və artıq bu işlərə də start verildi.

Elmar Vəliyevi güllələyən Yunis Səfərova HÖKM OXUNDU

17 Avqust 2021 11:35

Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov da daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Onlar elə bilirdi ki, himayədarları bizə təsir göstərəcək" İLHAM ƏLİYEV

17 Avqust 2021 11:29

Ermənistanın məqsədinin status-kvonu əbədi etmək, bir qarış torpağı qaytarmamaq, məsələni uzatmaq idi. Onlar öz xarici havadarlarına güvənərək bunu 30 il ərzində həyata keçirirdilər. İstəyirdilər ki, bundan sonra da 300 il ərzində bunu həyata keçirsinlər.

Prezidentdən sillə kimi sözlər- "Təbii sərvətlərimizi talan edənlər, CAVAB VERƏCƏKLƏR"

17 Avqust 2021 11:23

Ermənilər işğal dövründə, eyni zamanda, bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər. Bu işlərdə bəzi xarici şirkətlər onlara yardım edirdi. Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər.

İllərin köhnəlməyən İLHAM ƏLİYEV-MEHRİBAN ƏLİYEVA SEVGİSİ- ...- VİDEO

17 Avqust 2021 11:15

Olaylar.az xəbər verir ki, avqust ayının 16-da prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilən Kəlbəcər və Laçın rayonuna səfər ediblər.

Qarabağdakı sülhməramlılardan növbəti təxribat - FOTO

17 Avqust 2021 10:34

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının növbəti dəfə təxribat xarakterli görüntüsü sosial şəbəkələrdə yayılıb.

Deputat: “ Prezidentin Kəlbəcərə səfəri Ermənistana və onun havadarlarına bir mesajdır ki, xam xəyallara düşməyin”

17 Avqust 2021 10:33

“ Prezidentin Kəlbəcərə səfəri Ermənistana və onun havadarlarına bir mesajdır ki, xam xəyallara düşməyin”

Təmiz hava PULLU OLACAQ

17 Avqust 2021 10:12

Yaxın gələcəkdə ətraf mühitin zərərli qazlardan təmizlənməsi üzrə texnologiyalar daha da təkmilləşdiriləcək. Dünya ölkələri müəyyən ödəniş müqabilində bu texnologiyaları əldə etməli olacaqlar.

ABŞ-dan Əfqanıstana KÜLLÜ MİQDARDA YARDIM

17 Avqust 2021 10:00

ABŞ Prezidenti Cozef Bayden Əfqanıstandan olan qaçqınlara yardım üçün 500 milyon dollar vəsaitin ayrılması haqqında fərman imzalayıb.