Təmiz hava PULLU OLACAQ
Yaxın gələcəkdə ətraf mühitin zərərli qazlardan təmizlənməsi üzrə texnologiyalar daha da təkmilləşdiriləcək. Dünya ölkələri müəyyən ödəniş müqabilində bu texnologiyaları əldə etməli olacaqlar.
17 Avqust 2021 10:12 DünyaYaxın gələcəkdə ətraf mühitin zərərli qazlardan təmizlənməsi üzrə texnologiyalar daha da təkmilləşdiriləcək. Dünya ölkələri müəyyən ödəniş müqabilində bu texnologiyaları əldə etməli olacaqlar.
Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" Beynəlxalq Enerji Agentliyi və "Credit Suisse" qrupunun ekspertlərinə istinadən məlumat verib.
Bildirilib ki, sənaye müəssisələri üçün atmosferə tullantılara görə icazə almaq getdikcə daha da çətinləşir və bahalaşır.
Bu isə öz növbəsində havanın təmizlənməsi üzrə texnologiyaların inkişafını stimullaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31