Elmar Vəliyevi güllələyən Yunis Səfərova HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov da daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Hamlet Abbdullayev 19 il, Mahir Əzizov 20 il, Akif Əliyev 20 il, Rasim Mustafayev 20 il, Ceyhun Salahov Qurbanov 18 il, Firudin Zeynalov 19 il, Cəfər Zalov 18 il, Vüqar Məmmədov 19 il, Ceyhun Salahov isə 19 il azadlıqdan məhrum edilib.

İş üzrə təqsirləndirilən şəxslərdən Anar Bağırov və Rza Sərxaninin vəfat etməsi ilə bağlı onlara cəza təyin olunmayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31