Elmar Məmmədyarov: “Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməməsi bəzi xarici təşkilatların ikili standartlarlarının nəticəsidir”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin Bakıda keçirilən iclasında xarici işlər naziri Elmar Məmmədyarov da çıxış edib. Nazir çıxışı zaman Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına toxunaraq edib ki, Dağlıq Qarabağ münaqişəsi bütün regionun dayanıqlı inkişafına mənfi təsir göstərir: "BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və münaqişə bu 4 qətnamə əsasında həll olunmalıdır. Münaqişə ölkələrin ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtması prinsipləri ilə həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələri bir gün sonra icra olunub, Ancaq Azərbaycanla bağlı qətnamələr 20 ildir ki, icra olunmur. Əlbətdə ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməməsi bəzi xarici təşkilatların ikili standartlarlarının nəticəsidir. BMT qətnamələri gec-tez icra olunacaq. Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxacaq, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq. Ermənistan da bundan qazanacaq". "OLAYLAR"
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00