ABŞ daxili təhlükəsizlik katibinin köməkçisi Alan Bersin Azərbaycanda səfərdədir

ABŞ daxili təhlükəsizlik katibinin köməkçisi, beynəlxalq əlaqələr üzrə baş diplomatik zabit Alan Bersin Bakıda səfərdədir. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən təşkil olunmuş Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Qlobal Təsis Konfransında iştirak etməkdir.

Sabah A.Bersin konfransda "Təhlükəsizlik: xətlər və axınlar. Sərhədlərin Başlanğıcı və Sonu. Sərhəd İdarəetmə Fəaliyyətinin Nəzəriyyəsi və Qlobal Dövrdə Təhlükəsizlik" mövzusunda çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00